Səs batması keçmirsə, nə etməli?
Bizi izləyin

Tabloid.az

Səs batması keçmirsə, nə etməli?

Səs batması keçmirsə, nə etməli?

Keçməyən səs batması hansı xəstəliyin əlamətidir?

Səs batması, əsasən, çox və bərkdən danışarkən müşahidə olunur. Lakin sırf bu səbəbdən baş verən səs batması qısa müddət içərisində açılır. Faringit 2 həftədən uzun davam edərsə, səbəbi mütləq araşdırılmalıdır.

Ən tez-tez rast gəlinən reflyuksun səbəbləri

Qulaq, Burun, Boğaz üzrə mütəxəssis Ozan Gökdoğan xroniki faringitin səbəblərindən danışıb. Onun fikrincə, xəstəliyin ən çox rast gəlinən növü olan reflyuks mədə tərkibindəki turşu və bənzəri həzm fermentlərinin qida borusuna düşməsi ilə ortaya çıxır və yemək borusunun üst hissəsindən keçərək boğaza təsir edir. Bu vəziyyətin səs tellərinə zərər verməsi xroniki faringitə səbəb olur. Xroniki faringit reflyuksdan başqa səs tellərindəki sinir zədələri, yaralar, poliplər və ya düyünlü zob kimi daha ciddi problemlərə bağlı olur.

Kəskin faringit çox zaman burun axması ilə müşahidə olunur (rinofaringit). Xroniki faringit, sinusit (paranazal sinusların iltihabı), tonzilit (badamcıqların xroniki iltihabıdı) dişlərin kariesi fonunda inkişaf edir. Siqaret çəkmək, spirtli içkilər, peşə zərərləri (toz, qaz) faringitin inkişafında xüsusi rola malkdir.

Maddələr mübadiləsi xəstəlikləri (uşaqlarda diatez, böyüklərdə diabet), ürək-damar sistemində durğunluq, qanyaradıcı vəzlərin xəstəlikləri də faringit səbəbləri arasındadır.

Simptomlar:

Udlağın selikli qişasının irinli ərplə örtülməsi

Udlaq follikullarının parlaq qırmızı dənələr şəklini alması

Dilin ödəmi, hiperemiyası

Udlaqda quruluq

Udma zamanı ağrı

Səs batması 2 həftə ərzində keçməzsə, həkimə müraciət edin!

Faringitin diaqnozu xəstənin vəziyyəti və fiziki müayinə ilə qoyulur. Müayinədə iltihabı reaksiyanı görmək üçün qulaq, burun və boğazın müayinə edilməsi lazımdır. Səs problemləri standart müalicələrlə 2 həftə ərzində müalicə olunur. Yaxşılaşmasa, narahatlığın əsas səbəbi mütləq qulaq, burun, boğaz həkimi tərəfindən araşdırılmalıdır.

Xroniki faringit uzun müddətli müalicə tələb edir

Faringit, adətən, qoruyucu tədbirlərlə ev şəraitində müalicə edilir. Xəstəlik ilə mübarizə aparmaq üçün bu tədbirlər görülə bilər:

Səsinizə güc verməyin.

Evdəki havanın nəm balansını qoruyun.

Bol maye için.

Siqaret tüstüsündən uzaq durun.

Qidalanma rejimi də çox əhəmiyyətlidir

Xroniki faringit daha uzun müalicə tələb edir. Reflyuksdan qaynaqlanan xroniki faringitin müalicə prosesində antireflyuks dərmanlara əlavə olaraq ağır, ədviyyatlı, tomatlı yeməklərdən imtina etmək vacibdir. Çay-qəhvə istehlakının mümkün qədər azaldılması, yatmazdan ən azı 2 saat əvvəl hər hansı yemək və ya içmək məsləhət deyil. Səs tellərində polip və buna bənzər problemlərin səbəb olduğu xroniki faringit səs terapiyası tələb edir. Bu hallarda ayrıca cərrahi müdaxilə lazım ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm