Əllə yeməyin faydaları
Bizi izləyin

Tabloid.az

Əllə yeməyin faydaları

Əllə yeməyin üstünlükləri nədir?

Milli mətbəximiz son dərəcə zəngindir. Azərbaycan mətbəxində 2000-ə yaxın xörək məlumdur. İngilis səyyahı Entoni Cenkinsonun şahidliyinə görə, Şamaxıda Abdulla xanın qonağı olarkən onun bir dəfə nahara oturmasına 150 çeşiddə xörək gətirilmiş, süfrə yığışdırıldıqdan sonra daha 140 xörək növü təqdim olunmuşdu.

Mətbəximizin bu növ zənginliyini tarixən evdar qadınlar və mütəxəssislər yaratmışlar. Bu növ zənginliyi, eyni zamanda mütəxəssislər arasında əmək bölgüsünün köməyi ilə mümkün olmuşdur.

Osmanlı səyyahı Evliya Çələbi xatırladır ki, "burada 12 imamın adı ilə bağlı 12 aşpazxanada minlərcə adam işləyirdi". Bunları o çörəkçi, yuxa salan, şatır, aşçı, piti bişirənlər, kababçı, çayçı, halvaçı, qənnadıçı, şərbətdar və s. deyə qeyd edir. Xörəklərin və məmulatların həmin qruplarının adları ilə mütəxəssislər bu gün də bizim kütləvi iaşə müəssisələrində çalışırlar. Əməyin belə daxili bölgüsü və onun inkişafı eyniadlı xörəklərin say artımına səbəb olmuşdur. Misal üçün, plovun 200 növü, dolmanın 20-i növü, lülə kababın 20-i növü mövcuddur.

Azərbaycanın ənənəvi süfrə mədəniyyəti əl ilə yeməyi tələb edir. Bizim nazik çörəkləri (yuxa, səngək, lavaş) qaşıq kimi bükür və onun köməyi ilə xörəyin maye hissəsini bu improvizasiya edilmiş "qaşıqla" yeyirlər. Xörəyin möhkəm hissəsini isə nazik çörəklə tutub götürürlər.

Tabloid.az əllə yeməyin bir sıra faydalarını sadalayır:

Barmaqların ucunda çox həssas sinir ucları yerləşir. Ekstrasenslər əbəs yerə əlləri ilə işləmirlər, korlar isə əlləri ilə sanki görürlər. Əllər istilik kompozisiyasını, xörəyin konsistensiyasını hiss edirlər;

Xörək qaşıq və ya çəngəlin köməyi ilə ağıza aparılanda ağız boşluğunu yandırmaq və ya bərk üşütmək mümkündür. Əllə yedikdə qida ağıza bədənin temperaturuna yaxın bir temperaturda düşür, belə temperaturda isə dad reseptorları və fermentlər ağız boşluğunda daha yaxşı işləyirlər. Belə yeməyi tezcə udmur, yaxşıca çeynəyirlər. Əbəs yerə islamda qaynar qidanı yemək və içmək qadağan edir, islam onları isti halda qəbul etməyi tövsiyə edir;

Qida metal çəngəllər və ya qaşıqlarla qəbul edilərkən metal ionları ftoru və yodu öldürür. Bu isə dişlərin xarab olmasına gətirib çıxarır;

Əllə qidalanma yüksək gigiyena qaydalarına əməl etməyə məcbur edir, belə ki, əlləri yaxşıca yumaq lazım gəlir, bu isə qidanın qəbulu prosesini kiçicik bir bayrama çevirir və insanı psixoloji baxımdan qidanı tələsmədən rahatlıqla qəbula hazırlayır. Adətə görə, əllər yaxşı-yaxşı yuyulduqdan sonra barmaqları bir daha gülab suyu ilə isladırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm