Qarın şişkinliyini aradan qaldırıb nikbinlik gətirən bitki
Bizi izləyin

Tabloid.az

Qarın şişkinliyini aradan qaldırıb nikbinlik gətirən bitki

Qarın şişkinliyini aradan qaldırıb nikbinlik gətirən bitki

Dərmanların tərkibində razyanadan daha çox istifadə edilir. Bu da təsadüfi deyil. Çünki razyananın faydaları saymaqla bitmir. Tabloid.az razyana çayının faydalarını və istifadə qaydlarını təqdim edir:

Tibbin müxtəlif sahələrində bu bitkinin toxumundan geniş istifadə olunur. Razyananın 100 qramı bədənə 30 kalori enerji verir. Əslində bu bitki az kalorili bitkidir. Çünki tərkibinin 90 faizini su təşkil edir. Razyana insana uzun müddət toxluq hissi verir. Ona görə də sizi çox yeməkdən də saxlayır.

Bu bitkinin tərkibində kalium olduğuna görə sidikqovucudur. Əgər bədəninizdə su yığılması varsa, bu bitkidən istifadə edin.

Razyananın tərkibi çoxsaylı minerallarla da zəngindir. Razyana kalsium və kalium anbarıdır. Bu bitkinin tərkibində olan kalium kalsiumun bədəndən çıxmasına imkan verimir. Əgər sümüklərinizin möhkəm olmasını istəyirsinizsə, vaxtaşırı razyana qəbul edin.

Razyana natrium ilə kalium arasında balans yaratdığından qan təzyiqini tənzimləyir.

Bu bitkinin tərkibində qadınlar üçün lazmlı olan B9 vitamini var. Xüsusilə də, hamiləlik dövründə bu maddə anaya çox lazım olur. Bu vitaminin əhvala təsiri də çox böyükdür. Əgər bu vitamin az olarsa, insan daha hövsələsiz və kobud olur. Əgər həmişə nikbin olmaq istəyirsinizsə, razyanadan çox istifadə edin.

Razyana çayını hər hansı bir xəstəliyiniz olmadan da, B, C vitaminləri ilə kalium, maqnezium və kalsium kimi mineralları qəbul etmək və bədəni gücləndirmək üçün istehlak etmək olar. Razyanın tərkibindəki C vitamini immunitet sistemini, kalsium sümük quruluşunu gücləndirir. Razyana çayı qəbizliyin də qarşısını alır. Hər yaş qrupu üçün şəfa mənbəyi olan razyana çayı, qaz və şişkinlik şəklində özünü göstərən ağrılı, yüngül həzm sistemi xəstəliklərinə qarşı faydalıdır. Xüsusilə də, əgər mədənizdə qaz varsa, sancılardan əziyyət çəkirsinizsə, bu bitkinin toxumundan istifadə edə bilərsiniz.

Razyana çayı körpələrdə qaz sancılarına qarşı vuruşur. Əmizdirən qadınlara süd çoxaldıcı kimi tövsiyə olunur. Ancaq əmizdirmə dövründəki qadınlar mütəxəssislə məsləhətləşmədən razyanadan istifadə etməməlidir. Çünki qan şəkərinə mənfi təsir edə bilər. Əzələləri yumşaldan və spazmaya xeyri olan razyana çayı mədə bulanması və qarın ağrısı üçün birbaşa göstərişdir.

Razyana çayı öskürək və ağciyər xəstəliklərində, damar sərtliyi və həzm problemlərinin həllində müsbət təsirə malikdir. Razyananın yarpaqları və toxumunun qaynadılması ilə yaranan buxar dərini təmizləyir.

Soyuqdəyməni və öskürəyi kəsmək üçün, eyni zamanda bəlğəmgətirici kimi istifadə edilir.

Razyana çayı aybaşından əvvəlki sancını, süd azlığını, klimaksdan əvvəl yaranan problemlərə xeyirdir. Qadınlıq yolundakı əzələləri genişlətdiyi üçün aybaşı zamanı yaranmış ağrıları azaldır.

Soyumuş razyana çayında pambığı isladıb 10 dəqiqə gözə kompres eləmək göz ağrılarına yaxşı təsir edər .

Çayın hazırlanması: Bir fincan isti suya 1-2 qaşıq razyana əlavə 10-15 dəqiqə dəmləyirik. Dadını dəyişmək üçün portağal qabığı əlavə edə bilərik.

Razyana necə istifadə edilir?

Razyanın meyvəsi, toxumları və kökündə istifadə edilir. Razyanadan ədviyyat da hazırlanırr.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm