Küftə-bozbaş - Resept
Bizi izləyin

Tabloid.az

Küftə-bozbaş - Resept

Tabloid.az küftə-bozbaşın reseptini təqdim edir:

Tabloid.az küftə-bozbaşın reseptini təqdim edir:

İnqrediyentlər:

Qoyun əti – 163 qram

Quyruq – 20 qram

Düyü – 15 qram

Təzə alça – 30 qram

Noxud – 25 qram

Kartof – 150 qram

Baş soğan – 1 ədəd

Zəfəran – 0,1 q,

Quru nanə, istiot, duz

Hazırlanması:

Küftə-bozbaş üçün sümüklərdən bulyon bişirilir. Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, istiot, duz qatılıb yaxşı qarışdırılır. Hər küftənin içərisinə 2-3 ədəd yuyulmuş alça qoyulur.

Noxud bulyonda bişdikdən sonra küftələr bulyona salınır və bişirilir. Həmçinin kartof və narın çərtilib qızardılmış soğan əlavə edilir. Xörəyin hazır olmasına 10-15 dəqiqə qalmış ona duz, istiot və zəfəran məhlulu əlavə edilib hazır vəziyyətə çatdırılır. Süfrəyə veriləndə üzərinə keşniş, yaxud quru nanə səpilir.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm