Nyu-York moda həftəsinin ən açıq-saçıq libasları - Fotolar
Bizi izləyin

Tabloid.az

Nyu-York moda həftəsinin ən açıq-saçıq libasları - Fotolar

Nyu-York moda həftəsinin ən açıq-saçıq libasları

Son illər modelyerlər zövqlü kolleksiyalarla gündəmdə qalmağa çalışırlar. Ancaq əvvəlki illərdə dünyanı əsir alan yarıçılpaqlıq tendensiyası yenə də arada-bir özünü göstərir.

Sadəcə, gənc modelyerlərin deyil, adlı-sanlı, ən məşhur moda evlərinin təqdim etdikləri kolleksiyalarda da olduqca açıq-saçıq geyimlər yer alır.

Bu həftə Nyu-York moda həftəsində şəffaf, açıq-saçıq geyimlərə çox yer verildi.

Belə geyimləri nəinki, normal qadınlar, hətta ulduzlar belə geyinməkdə tərəddüd edirlər. Çünki belə libaslar təxəyyülə, xəyal gücünə imkan vermir, qadını demək olar ki, olduğu kimi lüt şəkildə göstərir. Cəsarət tələb edən belə libasların qadını seksual deyil, vulqar göstərdiyi mövzusunda son illər hər kəs həmfikirdir.

Tabloid.az Nyu-York moda həftəsinin ən açıq-saçıq geyimlərini toplayıb:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm