Ev dekorasiyasında yeni dəb - Fotolar
Bizi izləyin

Tabloid.az

Ev dekorasiyasında yeni dəb - Fotolar

Ev dekorasiyasında yeni dəb - Fotolar

Sənaye dekorları ev dekorasiyasında son günlərin aktual mövzusudur. Xüsusilə vintaj mebellərlə uyğunluq təşkil edən sənaye dekorasiyası metal və taxta ilə qəşəng harmoniya yaradır. Sənaye dekorasiyası geniş sahələrdə və mətbəxlərdə daha təsirli görünür. Bu dekorasiyanın adının sənayə olması isə emalatxanaları, fabrik və zavodları xatırlatması ilə bağlıdır. Lakin aksessuarlar, mebellər təbii və çılpaq görünsə də, səliqə ilə düzlməlidir. Dağınıqlıq yolverilməzdir.

Sənaye dekorasiya üçün nələr tələb olunur?

  • Metal və taxta mebellər seçin.
  • Evdəki boruları gizlətmək əvəzinə daha aydın rənglərə boyayın.
  • Boş divarlarda quru taxta istifadə etmək çox dəbdədir, həm də sənaye dekorasiyasının əvəzolunmazdır.
  • Beton, daş və taxta mənzərəli divar panelləri istifadə edin.
  • Parça seçimində kətan kimi təbii parçalardan istifadə edin.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm