Ana ola bilməyən məşhurlar - Fotolar
Bizi izləyin

Tabloid.az

Ana ola bilməyən məşhurlar - Fotolar

Ulduzlar aləmində elə qadınlar da var ki, xeyli yaşlı olsalar da, hələ ana olmayıblar

Ana olmaq çox məsuliyyətli işdir. Buna baxmayaraq, bir çox qadının ən böyük arzusu dünyaya övlad gətirməkdir. Üstəlik, son illər ana olmaq qadının karyerasına mənfi təsir etmir. Hətta ulduzlar da böyük ailə istəyirlər. Məsələn, Ancelina Colinin 6, Viktoriya Bekhemin 4 övladı var.

Ancaq ulduzlar aləmində elə qadınlar da var ki, xeyli yaşlı olsa da, hələ ana olmayıblar. Onlardan bəziləri ana olmamağı özləri seçiblər və bu seçimdən peşman deyillər.

Tabloid.az ana olmaqdan imtina edən dünya ulduzlarını təqdim edir:

Kameron Diaz

Камерон Диаз

Hollivudun ən məşhur aktrisalarından olan Kameronun 42 yaşı var. Onun bir çox sevgilisi olub, ancaq övlad sahibi olmağı planlaşdırmayıb. Aktrisa deyir ki, “dünya çox qələbəlikdir, dünyaya yeni bir uşaq gətirmək haqsızlıqdır”.

Kameron Diaz qadının dəyərli olduğunu isbat etmək üçün dünyaya uşaq gətirməyə məcbur olmadığına inanır.

Kim Kettroll

Ким Кэтролл

Üç dəfə evlnib, boşanıb. 58 yaşı var. Kim Ketroll da ana olmadığı üçün peşmanlıq keçirməyən qadınlardandır. “Mən işdən boş bir mənzilə qayıdıb dincəlməyi seçdim”, - deyən aktrisa ən çox özünü sevdiyini bildirir.

Rene Zellveqer

Рене Зеллвегер

Aktrisa uşaqla karyeranın eyni vaxtda idarə edilə biləcəyinə inanmır. O, uşağın fiziki və zehni sağlamlığı üçün ananın daim onunla maraqlanmalı olduğunu düşünür. Uşaq həsrəti çəkəndə bacısının iki övladı ilə vaxt keçirən Rene bununla kifayətlənir.

“Qardaşımın uşaqları ilə vaxt keçirirəm. Ən yaxşı tərəfi istədiyim vaxt onları qoyub, evə qayıda bilməyimdir. Mən ana olmağın necə bir hiss olduğunu xəyal belə edə bilmərəm. Çox məsuliyyətli işdir”, - deyən aktrisa hazırda 46 yaşındadır.

Helen Mirren

Хелен Миррен

Aktrisa ana olmaq istəmədiyini hələ çox erkən yaşlarda anlayıb. O, məktəbdə doğuş prosesi ilə bağlı uşaqlara izlədilən maarifləndirici video-çarxa baxdıqdan sonra heç vaxt ana olmayacağına qərar verib. Aktrisanın 70 yaşı var.

Opra Uinfri

Опра Уинфри

Opra çox faciəli bir həyat yaşayıb. O, qatı dindar bir nənənin yanında böyüyüb və bazar günləri məcburi şəkildə kilisəyə gedərək çoxlu dualar əzbərləməli olub. Qohumu tərəfindən 14 yaşında təcavüzə uğrayan Opra hamilə qalıb. Körpə doğulan kimi ölüb.

Bütün bunlar sənətçinin ana olmaq istəməsinin səbəbi ola bilər.

Ancaq onu da qeyd edək ki, Opra Uinfri yetim qızlar üçün bir akademiya açıb və oradakı 100-dən çox qızla yaxından maraqlanır. Akademiyadaki qızlar Opraya ana deyirlər. Əslində bu fakt Opranı geniş bir ailənin anası hesab etməyimizə əsas verir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm