• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Sərxan Sərxan: “Toy səhnə deyil”

Sərxan Sərxan: “Toy səhnə deyil”

Rusiyada yaşayıb orada fəaliyyət göstərən azərbaycanlı müğənni Sərxan Sərxan müğənninin toya getməsini iki addım geriyə getmək kimi qiymətləndirib. Tabloid.az xəbər verir ki, müğənni bu haqda “Gün üzü” verilişində açıqlama verib.

“Biz bu sənətə pul üçün gəlməmişik. Dahi müğənnilərlə çalışmışıq. Mən Moskvada olanda çox böyük müğənnilərlə çalışmışam. Onlardan çox şey öyrənmişəm. Səhnə mədəniyyəti öyrənmişəm. İndikilərdə bu yoxdur. Toy səhnə deyil. Biz indi toya düşsək orda da bizi aktyor, müğənni kimi qəbul edəcəklər. Oxumaqda da, xarici görünüşdə də. Amma toyda oxuyanlar səhnəyə gəlsələr özlərini itirəcəklər. Səhnədən toya getmək 2 addım aşağı düşmək deməkdir. Toydan səhnəyə çıxmaq isə 10 addım yuxarı qalxmaq deməkdir. Əslində onların da təqsiri yoxdur. Çünki indi səhnə yoxdur.”

Müğənni 16 iyunda Mahnı Teatrında solo konsert ilə çıxış edəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR