“Oscar”ın qalibləri indidən məlumdur? - Fotolar
Bizi izləyin

Tabloid.az

“Oscar”ın qalibləri indidən məlumdur? - Fotolar

Harvard Universiteti hər il olduğu kimi yenə “Təxminən “Oscar”ı qazanacaqlar” adlı siyahını yayımlayıb

Amerika Kino Akademiyası 24 kateqoriya üzrə “Oskar” namizədlərinin adını açıqlayan kimi müzakirələr başladı. Hər kəs kimlərin qalib gələcəyini təxmin etməyə çalışır..

Tabloid.az qərb mətbuatına istinadən xəbər verir ki, bu günə kimi mükafatı kimlərin qazanacağını 75 faiz doğru təxmin edən Harvard Universiteti hər il olduğu kimi yenə “Təxminən “Oscar”ı qazanacaqlar” adlı siyahını yayımlayıb.

Universitet səlahiyyətliləri xüsusi bir riyazi hesablama sayəsində bu təxminləri irəli sürdüklərini bildiriblər.

Harvardın təxmininə görə, “Bördmen” filminin mükafatı qazanmaq üçün 40 faiz şansı var.

Filmin ən güclü rəqibi “Yeniyetməlik” filminin qalib gəlmə ehtimalı isə 21.8 faizdir.

Riyazi hesablamalar göstərib ki, Culiana Murun “Ən yaxşı aktrisa” kateqoriyasında qalib olmaq şansı daha çoxdur.

Harvardın iddiasına görə 84 faiz ehtimalla “Oscar”ı Culiana Mur alacaq.

Aktrisa daha öncə bu mükafata 5 dəfə namizəd olsa da, qalib gələ bilməyib.

“Stiven Houkinqin kainatı” adlı filmdə rol alan Eddi Redmeynin “Oscar”ı almaq ehtimalı 77 faizdir.

“Ən yaxşı aktyor” kateqoriyasında Eddi Redmeynin rəqibi olan, “Bördmen”nin baş rol oyunçusu Maykl Kitonun şansı isə çox azdır. Onun qalib gəlmə ehtimalı 13.8 faizi keçməyib.

Harvard universitetinin yayımladığı siyahıda “Oscar”mükafatını hansı rejissorun qucaqlayacağı da təxmin edilib. Təxminlərə görə, “Bördmen”in rejissoru Alexandro Qonzalez İnyaritunun şansı daha çoxdur. Onun qalib gəlmə ehtimalı 55.6 faizdir.

Ancaq kinomanların sevimlisi “Yeniyetməlik” filminin rejissoru Riçard Linkleyterdir.

Harvard ən çox “Ən yaxşı aktyor” kateqoriyasında iddialıdır. Universitetdən verilən açıqlamada 84.7 ehtimalla Conatan Kimbl Simmonsun qalib gələcəyi bildirilib.

“Yeniyetməlik” filmindəki roluna görə Patritsia Arkettin “İkinci planda ən yaxşı qadın rolu” nominasiyasında qalib olacağına da hər kəs əmindir. Onun qalib gəlmək ehtimalı 82.2 faiz olaraq müəyyənləşdirilib.

"Ən yaxşı adaptasiya olunmuş ssenari" kateqoriyasının qalibi böyük ehtimalla “İmitasiya oyunu” olacaq. Onun “Oscar” almaq ehtimalı 66.3 faiz, ən yaxın rəqibi “Bördmen”in şansı isə 44.3 faizdir.

Harvard universiteti "Ən yaxşı animasiya filmi" kateqoriyasında “Əjdahanı necə əhilləşdirməli - 2”, "Ən yaxşı vizual effektlər" kateqoriyasında “İnterstellar”ın, “Ən yaxşı qrim” nominasiyasında isə “Qrand Budapeşt Oteli” filminin qalib olacağı təxmin edilir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm