Natəvan Zoriki bağışladı
Bizi izləyin

Tabloid.az

Natəvan Zoriki bağışladı

Natəvan Həbibi ondan üzr istəyən rejissora 2 kəlmə ilə cavab verdi

Müğənni Natəvan Həbibi ondan üzr istəyən rejissor Zorikə (Zöhrab Ağayev) cavab verib.

Tabloid.az xəbər verir ki, N.Həbibiyə erməni dediyi üçün məhkəməyə verilən rejissor prosesi uduzaraq ondan üzr istəyib. Bundan sonra Natəvan Həbibi “İnstagram” bloqunda foto paylaşaraq “Allah bağışlasın”- qeydini yazıb.

Xatırladaq ki, təxminən 1 il əvvəl prodüser Tolik (Tarix Əliyev), xalq artisti Aygün Kazımova və rejissor Zorik (Zöhrab Ağayev) N.Həbibini "erməni" adlandırmışdılar. Bundan bərk qəzəblənən N.Həbibi isə onlara qarşı hüquqi müstəvidə mübarizə aparmağa qərar vermişdi. Xəzər Rayon Məhkəməsinin qərarına isə yalnız Zorik əməl edib. Toliklə A.Kazımova məhkəmə qərarı ilə razılaşmayıb, Apelyasiya və Ali Məhkəməyə müraciət ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm