Niyam Salami: “Duz çörəyimi itirən insanlar olub”
Bizi izləyin

Tabloid.az

Niyam Salami: “Duz çörəyimi itirən insanlar olub”

Azərbaycanlı müğənni Niyam Salami yaradıcılığındakı yeniliyi təqdim edib.

Azərbaycanlı müğənni Niyam Salami yaradıcılığındakı yeniliyi təqdim edib. Tabloid.az-a açıqlama verən ifaçı bildirib ki, sözləri Azər Şirinə, musiqisi Zaur Zeynala məxsus mahnını lentə aldırıb:

“Müğənninin işi oxumaq, yeni mahnılar yazdırmaqdır. Mən də payıma düşəni etməyə çalışıram. Daim yeni mahnılar yazdırıram. Repertuarımda ən çox lirik mahnılar yer alıb. Amma bununla yanaşı ritmik bəstələr də ifa etmişəm. Bu gün təqdim etdiyim mahnı dostluğa aiddir. Sadiq, duz-çörəyi itirməyən dostlara həsr edilib. İndiki dövrdə yaxşı, dürüst dost qazanmaq çətin məsələdir. Zaman-zaman duz-çörəyimi itirən insanlarda olub. Pis insanları unudub, yaxşı dostların dəyərini bilmək lazımdır. Elə bu mahnımı dostlarımın şərəfinə ifa etmişəm. Mahnının da seviləcəyinə inanıram”.

N.Salaminin sözlərinə görə, “Dostum” adlı bəstəyə klip çəkilişləri də nəzərdə tutub.

Qeyd edək ki, ifaçı sözügedən mahnı üçün fotosessiya da etdirib.

N.Salaminin ifasında olan “Dostum” adlı bəstəni təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm