Məryəm Üzərlinin xəstəliyi ona da keçdi - Fotolar
Bizi izləyin

Tabloid.az

Məryəm Üzərlinin xəstəliyi ona da keçdi - Fotolar

Sərdar Ortaçın həyat yoldaşı da tükəndi

Müğənni Sərdar Ortaçın irlandiyalı həyat yoldaşı Kloi Luqnan “Bu tarz benim” yarışmasının münsif kürsüsündə əyləşəndən sonra cütlük arasında problemlər yaranmağa başlayıb.

Sərdarın pulunda gözü olmadığını deyən model Kloi Türkiyədə məşhurlaşmaq istəyir. Ancaq o, daha öncə bu qədər işləmədiyini etiraf edir.

2 həftə əvvəl yorğunluq səbəbindən studiyada halı qəflətən pisləşən Kloi xəstəxanaya aparılmış, bir müddət sonra vəziyyəti yaxşılaşmışdı. Ancaq dincəlmək istəyən model “Bu tarz benim” yarışmasının münsif kürsüsündən ayrılaraq ölkəsinə yola düşüb. Münsif kürsüsündə onu martın 1-də model-aparıcı Çağla Şikel, daha sonra isə model-aparıcı Asuman Krause əvəz edəcək.

Sərdarın xanımının aktrisa Məryəm Üzərli kimi “tükənmişlik sindromu”na tutulduğu deyilir.

Qeyd edək ki, “Möhtəşəm yüz il”də Hürrəm Sultan obrazını canlandıran Məryəm Üzərliyə tükənmişlik sindromu diaqnozu qoyulmuş və o vətəni Almaniyaya qayıdaraq bir müddət orada yaşamışdı.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm