Qırışlardan xilas olmaq istəyən xanımlar oxusunlar!
Bizi izləyin

Tabloid.az

Qırışlardan xilas olmaq istəyən xanımlar oxusunlar!

Qırışların əsl düşməni, möcüzəvi yağ

Kosmetik məhsullar istehsal edən brendlərin bir çoxu itburnu yağının faydalarından xəbərdardırlar. Yağ bitkinin çiçəklərindən əldə edilir. Onun tərkibində omeqa 6, omeqa 3, A, E, C vitaminləri və retinol adlı çox faydalı maddə var.

Bəs, itburnu yağı hansı dəri problemlərini aradan qaldırmağa kömək edir?

Bu yağ qırışların açılmasını təmin edir. Yaşlanma ilə mübarizə aparır və dəridə incə cızıqların, mimikalardan qaynaqlanan qırışların yaranmasına mane olur.

Tərkibində bol miqdarda E vitamini olan itburnu yağı dərini nəmlə təmin edir. Xüsusilə, göz ətrafı və ağız ətrafında yaranan qırışlar üzərində çox təsirlidir. Dəridəki hüceyrələri hərəkətə gətirən itburnu yağını birbaşa üzə və ya ələ çəkə bilərsiniz. Bu zaman o, qalxan funksiyasını yerinə yetirərək dərinizi xarici faktorlara qarşı qoruyacaq. Beləliklə, dəriniz qurumayacaq və soyuqdan təsirlənməyəcək.

Ancaq qarışıq dəri tipinə sahibsinizsə, itburnu yağını birbaşa çəkməyiniz məsləhət deyil. Siz onu istifadə etdiyiniz kremlərin içərisinə əlavə etsəniz, daha yaxşı olar. Dərisi yağlı olanlar isə itburnu yağını çəkdikdən 15 dəqiqə sonra soyuq su ilə yuyunub artıq yağı təmizləməlidirlər.

Qeyd edək ki, dəri yağı dərhal əmdiyindən onu makiyajdan 10 dəqiqə öncə də çəkmək olar.

İtburnu yağından gündəlik istifadə etmək lazımdır.

Bu yağ üz və əllə yanaşı, ayaqlar, hətta bütün bədən üçün yararlıdır.

Makiyajdan öncə çəkildikdə baza funksiyasını yerinə yetirir. Yəni, makiyajınızın gün ərzində daha uzun müddət qalmasını və dərinizin daha parlaq görünməsini təmin edir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm