• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ağrıları kəsir, alzeymerdən qoruyur

Ağrıları kəsir, alzeymerdən qoruyur

Oğul otu (və ya melisa) adlı bitkinin yarpaqları sağlamlıq üçün çox faydalıdır. Təbiətdə yabanı hlada tapılan melisanın yarpaqlarından hazırlanan çay bir çox problemi həll edir.

Çayı yeməkdən sonra içmək lazımdır. Bu zaman melisa çayı həzm problemlərini aradan qaldırır, qaz, köpmə kimi narahatçılıqlara kömək olur.

Melisa çayı bir sıra xəstəliklərin müalicəsində köməkçi vasitə kimi istifadə edilir.

Bu çayın ağrıkəsici xüsusiyyəti olduğu deyilir. Aybaşı sancıları, baş ağrısı, diş ağrısı zamanı təsirlidir.

Yüksək təzyiqdən əziyyət çəkənlər mütləq istifadə etməlidirlər.

Öyrənmə və yadda saxlama qabiliyyətini yaxşılaşdırır. Buna melisa bitkisinin tərkibində olan “rozmarinik” adlı maddə səbəb olur. Bu maddə beynin öyrənmə və qəbul etmə funksiyalarını güclndirir. Həkimlər bu baxımdan melisa çayının gənclərin və uşaqların menyusuna mütləq daxil edilməsini məsləhət görürlər. Yaşlılar da melisa çayının möcüzəvi təsirindən faydalana bilərlər. Xüsusilə, alzeymer xəstəliyinə yaxalanmamaq üçün beynin qavrama qabiliyyətinin güclənməsi böyük əhəmiyyət kəsb edir.

Aparılan araşdırmalar melisa bitkisinin yarpaqlarında olan yağın uçuqlar üzərində təsirli olduğunu ortaya çıxarıb.

Bu bitkininin yarpaqlarının üzərinə qaynar su töküb 10 dəqiqə gözləmək lazımdır. Daha sonra əldə edilən su ilə dodaqda çıxan uçuqlara kompress edin.

Qeyd edək ki, bəzən melisa otu ilə limon otunu səhv salırlar. Limon otu daha ucuz olduğu üçün bəzən melisa adı ilə satılır. Ancaq melisanın faydalı xüsusiyyətləri limon otunda yoxdur. Odur ki, apteklərdə, qurudulmuş halda satılan melisa otunu almağınız məsləhətdir.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR