• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Zeynəb Xanlarova və nazir gəldi, amma o, gəlmədi - Fotolar

Zeynəb Xanlarova və nazir gəldi, amma o, gəlmədi - Fotolar

Bu saatlarda Heydər Əliyev Sarayında xanəndə Elnarə Abdullayevanın konserti gedir. Konserdə iştirak edən tabloid.az-ən əməkdaşının əldə etdiyi məlumata görə, konsert başlamadan 1 saat öncə xalq artisti Zeynəb Xanlarova saraya gəlib, Elnarəni təbrik edib və uğurlar arzulayıb.

Zeynəb xanım ifaçıya "Sən mənim davamçımsan, sözü üzə deyənsən" söyləməklə ifaçının əhval-ruhiyyəsini yüksəldib.

Lakin konsertdə iştirak etməli olan digər xalq artisti İlhamə Quliyeva gəlməyib. Telefonla ifaçıya uğurlar arzulayan xalq artisti bunu səhhətindəki problemlərlə əlaqələndirib. Deyilənlərə inansaq, İlhamə xanımın temperaturu yüksəlib.

Konsert salonunda azərbaycanlı nazirlərdən biri də diqqətimizi cəlb etdi. Bu, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdur.

Tabloid.az-ın fofoqrafı konsertdən maraqlı fotolar çəkib. Konsert bitdikdən sonra fotoları təqdim edəcəyik.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR