Tabloid.az
Astroloji proqnoz - 21 fevral
QOÇ - Sabit bir təqvim yaşayacaqsınız. Gün ərzində hansısa qeyri-adi hadisə ilə üzləşməyəcəksiniz. Odur ki, üzərinizə düşən işlərin həlli ilə məşğul olun. Yalan vədlər verməyin.
BUĞA - Bütün gücünüzü görüş və danışıqlara istiqamətləndirin. Üzərinizə düşən vəzifələrin öhdəsindən gələ bilsəniz, nüfuzunuz artacaq. Şəxsi işləri, pul sövdələşmələrini təxirə salın.
ƏKİZLƏR - İxtiyarınızda olan bu təqvimdə ümumi gərginliyiniz azalacaq. Amma çətinliklərdən qurtulmaq üçün mütləq etibar etdiyiniz adamlardan dəstək istəyin. Bunun üçün səfərə də çıxmaq olar.
XƏRÇƏNG - Ulduzların düzümü pulla bağlı problemlərinizin qismən də olsa, qaydasına düşəcəyini bəyan edir. Amma borc vermək fikrinə də düşməyin. Saat 14-16 arası özünüzü bərk-bərk qoruyun.
ŞİR - Ulduzların düzümü passiv gün yaşayacağınızdan xəbər verir. Bir tərəfdən maliyyə sıxıntıları, digər tərəfdənsə həmkarlarınızla mübahisələr sizi hövsələdən çıxara bilər. Bəlkə qonaq gedəsiniz?!
QIZ - Kənar təsirlərə uymasanız, Göy qübbəsi sizə bir neçə şans verəcək. Boş və mənasız yerə vaxt itirməkdənsə əzmkarlığınızı artırın. Saat 16-dan sonra uğurlu anlarınız olacaq.
TƏRƏZİ - Şəxsi işlərinizdə mövcud olan problemlərin həllini sürətləndirin. Həmkarlarınızla ümumi dil tapmağa çalışın. Yalnız bu halda yarımçıq işlərinizi yekunlaşdıra bilərsiniz. Səhhətinizi qoruyun.
ƏQRƏB - Nə qədər səmimi olsanız, daha çox rəğbət qazanacaqsınız. Son vaxtlar xarakterinizdə yaranan çılğınlıq ulduzların xoşuna gəlmir. Vaxtilə yaxşılıq gördüyünüz adamlara arxa çevirməyin.
OXATAN - Ətrafınızda bədxahlar artsa da, bu, uğurlu məqamlar yaşayacağınıza mane olmayacaq. Saat 12-17 arası maraqlı görüş və sövdələşmələrdə iştirakınız gözlənilir. Qərarlarınızda sərt olun.
OĞLAQ - Şəxsi büdcənizi artırmaq üçün gözəl imkan var. Nahara qədər nəzərdə tutduğunuz planları reallaşdırandan sonra yalnız pul məsələləri ilə məşğul olun. Uğurlarınıza əmin ola bilərsiniz.
SUTÖKƏN - İş yerində ehtiyatlı olmağınız tələb olunur. Hər hansı addımı atmazdan əvvəl yaxşı-yaxşı götür-qoy edin. Unutmayın ki, çox danışan çox da yalan deyir. Ziyarətgahlara baş çəkin.
BALIQLAR - Bürcünüzün daha da aktivləşdiyi bu gündə yeni simalarla görüşəcəyinizə əmin olun. Şəxsi işlərinizdə bundan yararlanın. Günün ikinci yarısını pul problemlərinin həllinə yönəldin.
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ