Kıvanc Tatlıtuğ itkin düşdü - FOTO
Bizi izləyin

Tabloid.az

Kıvanc Tatlıtuğ itkin düşdü - FOTO

Martda Türkiyənin Star TV telekanalında nümayişi başlanacaq "Kurt Seyit və Şura" teleserialının çəkilişləri Rusiyanın paytaxtı Moskvada davam edir.

Teleserialda "Kurt Seyit" rolunu oynayan tanınmış aktyor Kıvanç Tatlıtuğ dünən itkin düşmüşdü.

O, heç bir telefon zənginə cavab verməyib.

Teleserialın çəkiliş qrupuna jurnalistlər zəng vuranda səbəb bəlli olub. Sən demə, bütün diqqəti oynadığı baş rola yönəltmək üçün K.Tatlıtuğ Türkiyə xətli telefonunu bağlayıb, özünə Rusiyanın mobil rabitə operatorlarından birinin nömrəsini alıb.

Həmin nömrəni aktyor sadəcə sevgilisi Başak Dizer və çəkiliş qrupuna verib.

Üstəlik, çəkiliş qrupuna da tapşırıb ki, ona Türkiyədən zəng vursalar, desinlər: "Martın 6-da İstanbula qayıdanda görüşərik"./Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm