Dəri rəngini ağardan ən təsirli və təbii maskalar
Bizi izləyin

Tabloid.az

Dəri rəngini ağardan ən təsirli və təbii maskalar

Dəri rəngini ağardan ən təsirli və təbii maskalar

Ağ dəri hər zaman hər zaman gözəllik, saflıq və məsumluq rəmzi kimi tanınıb. Elə buna görə də qadınların çoxu ağ dəriyə sahib olmaq istəyir. Hər dəri rəngi gözəldir, amma hər kəs dərisinin körpə dərisi kimi hamar olmasını və təbii ağlığını qoruyub saxlamaq istəyir. Çünki yeni doğulmuş bir uşağın dərisi hamar və ağ olur, daha sonra təbii amillərdən, günəşin zərərli şüalarından, yağışdan, soyuqdan təsirlənərək, zamanla öz təbii ağlığını itirir. Təbii ki, qarabuğdayılar sonradan qaralmır. Amma zamanla onlar daxil, hər kəsin dərisinin Ph balansı pozularaq qaralır. Qarabuğdayı dərini ağartmaq mümkün deyil, bunu heç kəs edə bilməz. Amma əsmər dərilər də daxil hər dəri təbii ağlığına qovuşduğu zaman ən az bir neçə ton daha açılır.

Bəzi bəsit təbii vasitələrin dəriyə hər hansı bir zərər vermədən dərini ağartma qabiliyyəti var. Çoxu təbii ağartma xüsusiyyətlərə malik olduğundan, mütəmadi şəkildə istifadə edildiyi təqdirdə dərinin daha ağ və parlaq olmasını təmin edirlər. Kosmetika bazarında bu təsirlərin qarşısını alacağını iddia edən kremlər, losyonlar və ağardıcı məhsullar olsa da, bu məhsullar olduqca bahalıdır və tərkibləri kimyəvi maddələrlə zəngindir. Dərini ağardan təbii məhsullar isə ucuz və asanlıqla əldə edilir. Həm də tərkibində zərərli kimyəvi maddələr yoxdur. Bu təbii məhsullar dərini yumşaldır, təravətləndirir və gəncləşdirir. Bundan başqa, dərinin parıldamasını təmin edir.

Yulaf əzməsi, qatıq və pomidor

Yulaf əzməsi, pomidor suyu və qatıqdan bir çay qaşığı götürüb bir qaba tökün. Bu qarışığı xəmir halına gətirin. Üzünüzə çəkib 20-30 dəqiqə saxlayın, saf su ilə yaxalayın. Pomidor suyu dərini möhkəmləndirir. Yulaf və pomidor suyu əsrlərdir ki, dəri rəngini açan maddə kimi istifadə edilir. Yulaf əzməsi dəriyə pilinq təsiri verir. Qatıq həm dəri ləkələrini açmaqda, həm də üzünüzə ağ və parıltılı görünüş qazandırmaqda təsirlidir.

indir (1)

Sarıkök və limon suyu

Bu mükəmməl qarışıqdan dəri yaralarını müalicə etmək üçün də istifadə edilir. Bunların hər ikisi həm də əla ağardıcı maddələrdir. Sarıkök dəridəki piqment ləkələrini və qara nöqtələri azaldır. Limon suyu ilə təxminən 2 çay qaşığı sarıkök tozunu qarışdırın və xəmir halına gətirin. Üzünüzə bu qarışığı çəkin və təxminən 10-15 dəqiqə saxladıqdan sonra yuyun.

images

Şirinbiyan kökü

Bir çox xəstəliyin müalicəsi üçün antik dövrlərdən bəri şirinbiyan kökü müalicə məqsədilə istifadə edilsə də, 1990-cı illərin əvvəlində yapon alimləri şirinbiyan kökünün tərkibində olan qlabridin adlı maddənin UVA (ultrabənövşəyi) şüalarını uda və dəri ağardıcı maddə kimi istifadə edildiyini sübut ediblər. Dəri baxım məhsullarına əlavə edilən şirinbiyan kökü dəridəki tünd ləkələrlə mübarizə aparır, dərini sakitləşdirir və qırmızılığı azaldır.

Liquirizia

Qaragilə (ayı üzümü)

Qaragilə bitkisinin yarpaqlarından əldə edilən alfa-arbutin maddəsi çilləri, tünd ləkələri və üzdəki dəri rəng fərqlərini aradan qaldırır. Bir ay ərzində aparılan tədqiqatda alfa-arbutin maddəsindən əldə edilən dəri ağardıcı məhsulları istifadə edən 80 qadının dəri rəngində ciddi şəkildə ağarma müşahidə olunub. Xüsusilə dəri ağardıcı məhlulları arasında ən təsirlisi bəlkə də budur.

indir

Qurudulmuş portağal qabığı və qatıq

Bu çox təsirli və təbii maskadır. Qurudulmuş portağal qabığı və qatıqdan ibarət olan bu maskanı hazırlamaq çox asandır. Portağal qabığını günəşdə qurudun. Qurudulmuş portağal qabığını rəndələyib, qatıqla qarışdırıb xəmir halına gətirin, bir az su əlavə edin.

Bu qarışığı üzünüzə çəkib 20 dəqiqə saxlayın sonra soyuq su ilə yaxalayın. Bu maska üzünüzdə ləkələrin aradan qaldırılmasına və dəri rənginiz ph dəyərinin keçirilməsi, bu sayədə də dəri rənginin ağarmasına nail olur.

portakal-kabuğu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm