• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Tom Ford” moda evinin möhtəşəm dəfiləsi - Fotolar

“Tom Ford” moda evinin möhtəşəm dəfiləsi - Fotolar

Tom Ford moda dünyasının, həm də piar sahəsində əsl dahidir.

Onun qalmaqallı reklam kampaniyaları ənənəyə çevrilib. Dizayner bu dəfə də yeni strateji gediş edib. Belə ki, "Oskar 2015” mərasiminin başlamasına 2 gün qalmış, London moda həftəsinin ilk açılışını etməsi təsadüfi deyil. Lakin nümayiş Londonda deyil, Lon-Ancelesdə baş tutub. Qeyd edək ki, uzun müddətdir gözlənilən “Oskar 2015” mükafatlandırma mərasimi də Los Ancelesdə keçirələcək. Dəfilədə nümayiş olunan geyimlərin çoxunun bir neçə gündən sonra “Oskar”-da qırmızı xalı üzərində görə biləcəyimiz də istisna deyil.

Modelyer bildirib ki, Los-Anceles dəb sənayesinə qlobal səviyyədə böyük təsir göstərir. Dizayner nümayişin Los- Ancelesdə keçirilməsini belə əsaslandırıb: “Yaradıcılıq baxımından moda kimi, kino da mənim üçün çox vacib hadisədir. Bu iki aspekti birləşdirib, yeni kolleksiyanı Los-Ancelesdə təqdim etdiyim üçün çox şadam”.

Dizayner podiuma ağ qızılgül ləçəkləri səpərək modellərin işini xeyli çətinləşdirib. Qalın qat təbəqə qızların təntənəli yürüşünə mane olub. Kolleksiyanın bir hissəsi Tom Fordun ənənəvi və çoxşaxəli üslubunda idi: Zamşa, dəri, xəz, saçaq, cinslərin rəngli parçalarla qarışdırılmasını, bəzən də bütün bu materialları bir geyim çərçivəsində görmək mümkün idi. Saçaqlarla və müxtəlif texnikalarla, printlərlə işlənmiş dar ətəklər qara bluzalarla birləşərək qeyri-adi gözəllik yaradırdı. Uzun sallanmış sırğalar və modellərin boğazına dolanmış ilanı xatırladan qara boyunbağılar ənənəvi kəskin və seksual siluetləri məharətlə tamamlayırdı.

Ayaqqabı seçimində isə dizayner böyük müxtəliflik təqdim etməyib: Bu ya ağlasığmaz dərəcədə hündür dabanlı çəkmələr, ya da son dərəcə hündür dabanlı botilonlar idi.

Tabloid.az sözügedən kolleksiyanı təqdim edir:

Xəbər lenti

DAHA ÇOX XƏBƏR