“Müstəqil ruh”un ulduz qonaqları - Fotolar
Bizi izləyin

Tabloid.az

“Müstəqil ruh”un ulduz qonaqları - Fotolar

"Müstəqil ruh" sahiblərinə təqdim edildi

Hollivudda gərginlik son həddədir. Bir neçə saatdan sonra "Oskar" mükafatının təqdimatı baş tutacaq. Tabloid.az xəbər verir ki, "Oskar 2015" mükafatının təqdimatından əvvəl Santa-Monikada 30-cu dəfə kinematoqrafiyada nailiyyətlərinə görə "İndependent Spirit Awards" mükafatları sahiblərinə təqdim edilib.

Bu mükafat heç vaxt "Oskar"ın müjdəçisi sayılmırdı, amma ekspertlər qeyd edirlər ki, bu il Amerika Kino Akademiyasının və "Spirit Awards" mükafatının müstəqil münsiflər heyətinin səsverməsinin nəticələri bir çox cəhətdən oxşar ola bilər. Əgər belədirsə, onda qələbəyə ən yaxın Aleksandro Qonsales İnyarritunun "Bördmen", filmini hesab etmək olar. Çünki bu film əsas nominasiyalar - "Ən yaxşı film", "Ən yaxşı kişi rolu", "Ən yaxşı operator işi" üzrə üç mükafat alıb.

"Independent Spirit Awards"ın digər qaliblər sırasında "Yeniyetməlik", "Aludəçilik", "Hələ də Elis", "İda", "Hörmətli ağ adamlar", "Stiringer" filmlərini qeyd etmək olar.

Qaliblərə "Müstəqil ruh" mükafatı təqdim edilib.

Ulduz qonaqlarının sayına görə də "Müstəqil ruh" mükafatının qırmızı xalısı "Oskar"la müqayisə edilə bilər. Belə ki, gecənin qonaqları arasında Keyt Blanşett, Emma Stoun, İtan Xouk, Edrian Broudi, Culiana Mur, Opra Uinfri, Skarlet Yohanson bir başqaları olub.

Tabloid.az gecədən fotoları təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm