Nadir Qafarzadə Cenevrədə Bakıya yalvardı
Bizi izləyin

Tabloid.az

Nadir Qafarzadə Cenevrədə Bakıya yalvardı

Oğlunun yanında olan müğənnini gözəl mənzərə, təmiz şəhər valeh etdi. Ancaq o...

Müğənni Nadir Qafarzadə Isveçrədə yaşayan oğlu Loğmanın yanındadır. Tabloid.az xəbər verir ki, Bakıda ad gününü keçirən ifaçı əvvəlcə İstanbula, oradan isə İsveçrəyə gedib. 44 yaşını oğlu ilə də ad gününü qeyd edən müğənni orada çəkdirdiyi maraqlı fotoları paylaşmağı da unutmayıb:“Mən artıq Cenevrə şəhərindəyəm, oğlumun yanında. Allah bütün övladları saxlasın, Amin! Atasının balası, Loğmanım”.

Oğlu Loğmanın dostları ilə də tanış olan ata Nadir Qafarzadə Cenevrədə Azərbaycan xalqının və dövlətimizin şərəfinə içməyi də unutmayıb.

Şəkillərdən Nadir Qafarzadənin İsveçrəni gəzdiyi, bu gedişlə səyahətinin hələ uzun çəkəcəyi görünür: “Çoxdandı qatara minmirdim. Amma cox rahatdı, Cenevrədən Lausanne şəhərinə gedirik. Ətraf mənzərəylə doludur. Bura maraqlıdı, xüsusən də, ağaclar diqqətimi cəlb elədi. Sakit şəhər, təmizlik”.

Bu qədər tərifdən sonra müğənni yenə öz şəhərimizə yalvarır: “Amma çox bahalı şəhərdi. Qadasın alım Bakımın”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm