Dərinin gənc qalmasını təmin edən ən son inqilab
Bizi izləyin

Tabloid.az

Dərinin gənc qalmasını təmin edən ən son inqilab

Dərinin gənc qalmasının ən yaxşı yolu

Gənc qalmaq üçün eşitdiyiniz ziddiyyətli tövsiyələrdən bezmisinizsə, ən doğru yolu, qoy, dərinizin özü söyləsin!

Ən yaxşı kremdən istifadə etdiyiniz, ən son təklif olunan gözəllik prosedurlarını sınaqdan çıxardığınız halda nəticə istədiyiniz kimi deyilsə, dərinizin genetikasına zidd davranmış ola bilərsiniz. Dərinin gənc qalmasının ən yaxşı yolu “Skin DNT” (dərinin genetik kodu) testidir. Bu yolla dərinizin şifrəsini öyrənib ona ehtiyacı olan ən yaxşı qulluğu göstərə bilərsiniz.

Plastik Cərrah və Dermatoloji Mütəxəssis Gül İldırımin dəri cavanlaşmasında inqilab yaradacaq bu yeni üsulu təklif edir. Bu məsələdə dəri xəstəlikləri üzrə peşəkarlar eyni fikirdədirlər. Onlar bu fikirdədir ki, “Skin DNT” dərinin gələcəyini təxmin edə bilmək üçün yeganə yoldur.

Ən doğru krem necə seçilir?

Dərinizin sağlamlığı və gözəlliyində təsirli olan 200-dən çox gen profilindən 15-i daha əhəmiyyətli qəbul edilir və DNT testinin əsasını təşkil edir. Test sayəsində qocalmağa səbəb olan beş kateqoriyadan genetik olaraq yüksək, normal və aşağı dərəcəli risklərdən hansına sahib olduğumuz müəyyən olunur. Daha sonra bu riskləri minimuma endirmək üçün düzgün müalicə üsulları seçilir. Gül İldırım dəri kremlərini bu beş amil - dərinin kollagen quruluşu, dərinin günəşə qarşı müdafiə gücü, qlikogen, oksidatif amillərlə mübarizə gücü və iltihab yaratması kimi amillər nəzərə alınaraq istifadə etməyi tövsiyə edir.

Ən düzgün müalicə üsulu

Gül İldırım “Skin DNT” testi ilə genetik alt quruluşuna uyğun dərinin zəif cəhətlərini gücləndirəcək peşəkar müalicə təklifləri həyata keçirildiyini deyir.

"Skin DNT" testi nəticəsinə görə iltihab riski yüksək olan bir xəstədə pilinq, lazerlə dəri soyma kimi proseslər daha çox reaksiyaya yol açır. "Skin DNT" testi sayəsində həssaslığa yol açmayan variantlardan istifadə edərək xəstəni əks təsirlərdən çəkindirmiş olur. Bundan başqa, insanın genetik alt quruluşuna uyğun düzgün məhsul seçimi və qidalanma ilə dərinin qocalmasını gecikdirmiş olur. Kollagen quruluşunda balans pozulubsa, kollageni dəstəkləyən qidalar və məhsullar təklif edilir.

Tətbiqi

Ağzınızın içindən alınan xüsusi tüpürcək nümunəsi Avstraliyadakı laboratoriyaya göndərilir. Bu proses olduqca praktik və asandır. Hər hansı bir ağrı hiss edilmir. 15 gün sonra gələn nəticələrə uyğun olaraq müalicə alternativləri təqdim olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm