Sevda Yəhyayeva xeyriyyə konserti verdi - Fotolar
Bizi izləyin

Tabloid.az

Sevda Yəhyayeva xeyriyyə konserti verdi - Fotolar

Həyəcandan səhərə kimi yata bilməmişəm.

Gənc müğənni Sevda Yəhyayeva xeyriyyə konserti verib. Sənətçi dostlarını ətrafına toplayıb qan xəstəliyindən əziyyət çəkənlərə yardım etmək məqsədilə qanvermə aksiyası keçirib.

Paytaxtın ticarət mərkəzlərindən birində baş tutan konsertdə aparıcı Samir Bayramlı da Sevdanın konsertinə dəstək olmaq üçün qan verənlər sırasında olub.

Tabloid.az-a açıqlama verən müğənni konsert həyəcanından səhərə qədər gözünə yuxu getmədiyini bildirib.

“Gördüyünüz kimi hava çox pis idi. Qorxurdum ki, konsertə gələn olmayacaq. Səhərə kimi gözümə yuxu getməyib. Şükür Allaha, hər şey ürəyim istəyən kimi oldu. Konsertə gələn dostlarıma, gəlib qan verən hər kəsə təşəkkürümü bildiriəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm