“53 ildir işləyirəm, sadəcə 1 evim var” - Foto
Bizi izləyin

Tabloid.az

“53 ildir işləyirəm, sadəcə 1 evim var” - Foto

Aktrisa öz təcrübəsindən yola çıxaraq kino sahəsinin çətinliklərindən danışıb

Məşhur aktrisa Nəbahət Çehrə “Yeşilçam”ın 100-cü ildönümü münasibətilə təşkil edilən tədbirdə iştirak edib.

Aktrisa öz təcrübəsindən yola çıxaraq kino sahəsinin çətinliklərindən danışıb.

““Yeşilçam”a gənc yaşlarımdan etibarən əmək vermişəm. Aktrisalığı səhvlər edə-edə öyrənmişəm. Bizim dövrün aktyorları çox çətin şərtlərlə çalışıblar. İndiki kimi pullar tökülməyib. Heç vaxt əməyimizin qarşılığını ala bilməmişik. Bəzən ildə 16 filmə çəkilirdik. Ancaq indiki gənclər kimi qazanmamışıq. Mən 53 il işləmişəm, yalnız bir evim var. Ancaq indikilər bir filmə çəkilib maddi cəhətdən öz azadlıqlarına qovuşurlar”.

Qeyd edək ki, aktrisa çıxışına “Bizi sevin, biz sizi həmişə çox sevmişik”, sözləri ilə nöqtə qoyub.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm