Lalə Məmmədova dayısı qızını məhkəməyə verəcək
Bizi izləyin

Tabloid.az

Lalə Məmmədova dayısı qızını məhkəməyə verəcək

Lalə Məmmədova: "Məhkəməyə verəcəyəm"

Müğənni Lamiyə Novruzovanın atası, əməkdar artist Lalə Məmmədovanın dayısı Yaşar Novruzovun vəfatı iki qohum arasında münasibətlərin soyuqlaşması ilə nəticələndi.

Lamiyə Novruzova atasının yas mərasimində Lalə Məmmədovanı görmək istəmədiyini və atasının adını dilinə almağa qadağa qoyması ilə bağlı status paylaşdı.

Tabloid.az xəbər verir ki, ötən ay əməkdar artist sussa da, ATV telekanalına bu barədə danışıb.

"Allah rəhmət eləsin. Mənim dayım çox gözəl insan idi. Anamla çox bağlı olublar. Anam da onun itkisini çox ağır keçirir. Dayım həyatını ləyaqətlə yaşayan insan olub. Anama görə, dayımın ruhunun xətrinə susdum. Amma o demək deyil ki, mən qorxuram. Bu, ağır cəfəngiyyatdır. İnsanı ölümdə ittiham etmək çox ağırdır”.

Lalə Məmmədova ata itkisinin ağır olduğunu başa düşdüyünü, lakin belə bir şey bir daha təkrarlanarsa məhkəməyə müraciət edəcəyinə də eyham vurub.

“Ata itkisi çox ağırdır. Onu başa düşmək olar. Amma tanınmış sənətçini günahlandırmaq olmaz. Mən birdən-birə Lalə Məmmədova olmamışam. Bu hörməti damla-damla yığmışam. Şəxsiyyətimə xələl gətirən daha bir açıqlama olsa, baxmayacam qohumdur, ya yaddır. Həmin adam qanun qarşısında cavab verəcək”.

Müğənni həmçinin vaxtını ailəsinə sərf etdiyini də əlavə edib.

“Peşman olsa belə, hər kəs öz yolunda, öz işi ilə məşğul olsun. Mənim başım övladlarıma qarışıb. Ona yazığım gəlir ki, hadisəni mediaya çıxarıb şou düzəltmək istəyir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm