Samir Cavadzadə subay qalmasının səbəbini etiraf etdi
Bizi izləyin

Tabloid.az

Samir Cavadzadə subay qalmasının səbəbini etiraf etdi

Anama demişəm ki, qız axtarsın.

Azərbaycanı ilk dəfə “Eurovision” musiqi yarışmasında təmsil edən müğənni Samir Cavadzadə "həvəsdi bəsdi" deyib ailə həyatı qurmağa hazırlaşır. Tabloid.az xəbər verir ki, ifaçı bu haqda ATV telekanalına açıqlamasında bildirib.

"Hələ ki, subaylıqdır. Anama demişəm ki, qız axtarsın. Amma razı deyil. Deyir ki, qarışa bilmərəm. Sonra yola getməzsən, üstümə düşərsən”.

Müğənni həmçinin gələcək gəlin və qayınana arasında baş verə biləcək söz-söhbəti aradan qaldırmağın da yolunu tapdığını bildirib.

“Çox vaxt zarafatyana anama deyirəm ki, sənə afrikalı qız alacam. Bir-birinizi başa düşməzsiniz. Dedi-qodular da az olar”.

Samir Cavadzadə indiyədək subay olmağının səbəbini də açıqlayıb.

“Ailə qurmaq çətindir. Şəxsi həyatımda elə bir xanım yoxdur ki, fikirlərimi dəyişsin".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm