• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Kişilərdə cinsi gücü artıran qidalar

Kişilərdə cinsi gücü artıran qidalar

Kişilərin əksəriyyəti müəyyən yaşdan sonra cinsi gücdə azalma problemi ilə üzləşirlər. Tədqiqatlar göstərir ki, hər 3 kişidən biri bu problemi yaşamalı olur. Lakin qida menyusuna bəzi qidaları daxil edərək cinsi gücün azalması prosesini dayandırmaq, hətta cinsi istəyi artırmaq mümkündür.

Erkən boşalma və ya erreksiya ola bilməmə problemi yaşayan kişilər cinsi istəyi artıran qidalarla əvvəlki güclərinə qovuşa bilərlər.

Bəs həmin qidalar hansılardır? Tabloid.az həmin qidaların siyahısını təqdim edir:

1. Göyəm

Göyəm afrodizyak təsirli meyvədir. Bu meyvə orqanizmə eynilə “Viagra” kimi təsir edir.

Qan damarlarını genişləndirir və bədənin enerjisini artırır. Çoxlu lif ehtiva etdiyi üçün xolesterolun səviyyəsini aşağı salır. Beləliklə, damarlarda yaranan problemləri aradan qaldıraraq cinsi həyata kölgə sala biləcək problemlərin qarşısını əvvəlcədən alır.

Aşağı xolesterol və artan qan axışı cinsi əlaqə zamanı cinsi orqanın daha sərt olmasını təmin edir.

Bu da daha uzun müddətli erreksiya mənasını verir.

2. Əncir

Əncir cinsi istəyi artıran hormonların daha çox istehsal edilməsini təmin edən turşularla zəngindir. Bu hormonların çox olması birbaşa cinsi gücə təsir edir. Cinsi gücün artması üçün həftədə 4 dəfə əncir və ya bu meyvənin qurusunu yemək vacibdir.

3. İstridyə

Istridyənin tərkibindəki sink testosteron hormonunun və spermanın istehsalına yaxşı mənada təsir edir. Testosteron hormonu nə qədər çox olsa, cinsi istək də bir o qədər artır. İstridyədə həmçinin, xoşbəxtlik hissi verən xüsusi maddə var. Bu maddə həm də daha çox seks istəyinə səbəb olur.

Qeyd edək ki, araşdırmalar zamanı orqanizmdə sink çatışmazlığı olduğu zaman kişinin cinsi performansında zəifləmə müşahidə edildiyi elmi şəkildə təsdiq edilib.

4. Qoz

Qozun tərkibindəki maddələr kişi cinsi orqanına daha çox qan getməsini təmin edir.

Beləliklə, seks zamanı kişinin yorulmamasını təmin edir.

5. Sarımsaq

Sarımsağın tərkibindəki “allicin” adlı maddə də cinsi istəyi artırır. Qan dövranını sürətləndirməyə də kömək edən sarımsaq sağlam cinsi həyat istəyən kişilərin yeməklərindən əksik olmamamlıdır. Əgər partnyorunuz sarımsaq qoxusundan narahat olursa, o zaman sarımsağı 10 dəqiqə süddə bişirdikdən sonra yeyə bilərsiniz.

6. Banan

Banan insana enerji verir. Bu da bananla qidalanan kişilərin seks performansının daha yaxşı olmasını təmin edir. Bu meyvənin tərkibindəki “bromelain” adlı ferment cinsi gücü artırır.

7. Şokolad

Şokolad həmişə afrodizyak qidalar sırasında yer alıb. Onun tərkibindəki maddələr cinsi gücü artırmaya qadirdir. Xüsusilə də onun ehtiva etdiyi “akaloid” maddəsi enerjini və cinsi istəyi artırır.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR