Əyri ayaqlar neçə saata necə düzəldilir?
Bizi izləyin

Tabloid.az

Əyri ayaqlar neçə saata necə düzəldilir?

Əyri ayaqlar neçə saata necə düzəldilir?

Əyri qıçların yalnız 1 gündə düzələcəyini bilirdinizmi? Plastik, estetik və rekonstruktiv cərrah Əli Murad Akkuş ayaqlarda əyrilik və bu problemin həlli yolları haqqında suallara cavab verib.

- "Əyri ayaq" dedikdə nə başa düşməliyik?

- Əyri qıç ayaqlarda dizin üst hissəsi ilə, dizaltı hissə arasında uyğunsuzluğun olmasıdır. Belə ki, dizin üst hissəsi qalın olur, dizin içində yağ kütləsi toplanır. Dizin altında, qıçlarda isə kifayət qədər toxuma olmadığından ayaqlar əyri, “O” şəklində görünür. Biz dizin üst qisminin toxumasını, həmçinin, dizdəki yağ kütəsini götürüb, dizin alt hissəsindəki toxumalara yerləşdirməklə qeyri-normal görüntünü aradan qaldırırıq.

- Əyri ayaq necə düzəldilir, əməliyyatla, yoxs, bu, əməliyyatsız da mümkündür?

- Ayaqlarda əyriliyi düzəltmək üçün həyata keçirilən əməliyyatlar, əsasən, 2 mərhələdə aparılır. Birinci mərhələdə diz ətrafında yağ götürmə əməliyyatı (liposuction - liposaksiya) ilə bu bölgə incəldilir. Növbəti mərhələd isə alınan yağlar baldırın iç tərəfinə vurulur. Yəni, xəstə öz yağ toxuması ilə əyrilikdən xilas olur.

Lazer sayəsində təkcə yağ toxuması əridilmir, həm də digər problemlər aradan qaldırılır. Məsələn, yağ toxuması üzərində dərinin dartılması təmin edilir. Mikro məsamələrdən heç bir iz qoymadan alınan yağ xəstənin öz yağ toxumalarından əldə edilən kök hüceyrələrlə zənginləşdirilir. Daha sonra toxumalara yeridilən yağ hüceyrələrinin aktivliyi artırılır. Xəstənin öz yağ toxuması kifayət olmadığı hallarda, arıq insanlarda dizin altına, yəni qışın iç tərəfinə, əzələ üstünə silikon implantasiya da yerləşdirilir.

- Bu əməliyyat kimlərə tətbiq oluna bilməz?

- Bu əməliyyatlar hər hansı ciddi bir sağlamlıq problemi olmayan hər kəsə tətbiq oluna bilər. Əyri ayaqlı kişi və qadınlar 18 yaşından sonra bu problemin həlli üçün əməliyyata girə bilər.

- Sağalma müddəti nə qədərdir?

- Xəstəyə silikon implant yerləşdirilibsə, həmin gün ayağa qalxır və 4-5 gün ərzində sosial həyatına qayıdır. Lazer lipoksiyası olunan xəstələr də elə həmin gün ayağa qalxırlar.

- Xəstələr əməliyyat zamanı nə hiss edir?

- Qıç bölgəsindəki bu cür əməliyyatlar lokal anesteziya ilə aparılır. Xəstənin beldən aşağısı keyləşdirilir. Ümumi anesteziya istəməyən xəstələr bu yolla oyaq qalır və ağrı hiss etmədən əyri ayaqlardan xilas ola bilirlər. Yağ transferi edilən və ya slikon implant yerləşdirilən xəstələr 4 həftədən sonra hətta idman edə bilərlər.

- Ayaq incəltmə və ayaq qalınlaşdırma əməliyyatları necə aparılır?

- Ayaq incəltmə əməliyyatları da lazer liposaksiya üsulu ilə aparılır. Əməliyyatdan əvvəl mütənasib ayaq əldə etmək üçün yağ alınması lazım olan bölgələr işarələnir və əməliyyat zamanı məhz bu hissələrə yönəlik iş aparılır. Əməliyyat təqribən 1-1,5 saat çəkir, əməliyyatdan sonra xəstə xüsusi corab geyinir. Əməliyyat olunanlar elə həmin gün ayağa qalxsalar da, 1 həftəyə qədər ayaq üstə durmamaları tövsiyə olunur. Çünki uzun müddət ayaqlara ağırlıq düşməsi şişin çəkilməsini gecikdirir. Ayaqlar 1 aydan sonra istənilən formanı alır, amma tam sağalma, yəni, şişin tam çəkilməsi 3-6 aya qədər uzanır.

"Ayaq qalınlaşdırma" dedikdə, adətən, dizin aşağı hissəsi nəzərdə tutulur. Baldır nahiyənin iç qisminin nazik olması ayaqların əyri görünməsinə yol açır. Nazik nahiyəni qalınlaşdırmaq da iki yolla həyata keçirilir. Birincisi, xəstənin öz yağ toxumasından ədlə edilən yağlar bu nahiyəyə yeridilir. Xəstədə kifayət miqdarda yağ varsa, artıq yağ olan hissələrdən yağ hüceyrələri götürülür, xüsusi emaldan keçirilərək əskik olan hissəyə vurulur. Kifayət miqdarda yağ olmayan xəstələrdə əyri hissəyə silikon implant yerləşdirilir. Bu cür əməliyyatlardan sonra xəstə dərhal ayağa qalxır. Lakin ona uzun müddət ayaq üstdə qalmaması və 1 həftə istirahət etməsi təklif edilir.

- Topuqlar necə incəldilir?

- Topuğun qalın olması bir çox qadına problem yaradır. Bu nahiyədəki yağ toxuması, əsasən, arıqlayandan sonra da asanlıqla ərimir. Belə xəstələrdə yalnız lazer liposaksiyası sayəsində ayaq topuğu arıqlaya bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm