Özcan Dəniz sevgisi, romantizmi və dramı ilə Bakıdadır
Bizi izləyin

Tabloid.az

Özcan Dəniz sevgisi, romantizmi və dramı ilə Bakıdadır

Özcan Dəniz sevgisi, romantizmi və dramı ilə Bakıdadır

Bu gün tanınmış türkiyəli müğənni və aktyor Özcan Dəniz yeni çəkdiyi “Sevimli, təhlükəli” filminin qala gecəsi üçün Bakıya gəlib. Nizami Kino Mərkəzində keçirilən Qala gecədə filmin ssenari müəllifi və rejissoru Özcan Dənizlə yanaşı baş qəhrəmanları canlandıran aktyorlar Şükrü Özyıldız, Ayça Ayşin Turan iştirak edib.

Mərkəzin ikinci mərtəbəsində qoyulan filmin posterinin yanında jurnalistlərin suallarını cavablandıran sənətçi filmi barədə bunları deyib: “Film duyğu deməkdir. Çalışıram ki, bütün filmlərimdə tamaçılarımla bu duyğu vasitəsi ilə ünsiyyətə girim. Bu mənada sizə təqdim edəcəyim bu film də duyğulu və təsirli ekran işidir. Burada tamaşaçılar sevgi, romantizm və dram elementlərini görə biləcəklər. İnanıram ki, film azərbaycanlı tamaşaçıların da marağına səbəb olacaq”.


O həmçinin filmində rol alan aktyorlar barədə danışıb: “Filmimdə Türkiyədən son zamanlar çox məşhur olan aktyor və aktrisalar rol alıb. Baş qəhrəmanı “Karagül” serialında mənim qızımı canlandıran aktrisa Ayça Ayşin Turan, onun tərəf-müqabilini isə hazırda “Şərəf məsələsi” serialında rol alan Şükrü Özyıldız canlandırır. Onlarla işləmək mənim üçün çox xoş idi. İnanıram ki, filmdəki səmimiyyəti siz də hiss edəcəksiniz”.

Daha sonra Özcan Dəniz və yaradıcı heyət kino zalına daxil olub, “Sevimli, təhlükəli”ni tamaşaçılarla bərabər izləyib.

Qeyd edək ki, romantik komediya janrında çəkilən filmdə baş qəhrəman Ədirnədə bir qızı beşikdəykən qaçırır. Ailənin bu üzdən çəkdiyi kədər sonsuzdur. Aradan uzun illər keçdikdən sonra vicdan əzabından az da olsa qurtulmaq üçün Zarok qızı yenidən əsl ailəsinə qaytarmaq qərarına gəlir. Bir sözlə, bu yolda onun eşq dolu macəraları tamaşaçıların gözü önündə canlanır.

Qeyd edək ki, tabloid.az-ın fotoqrafının tədbirdən və mətbuat konfransından çəkdiyi fotoları bir azdan sayta yerləşdirəcəyik.

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm