Gözəlliyilə Hollivud ulduzlarını qısqandıran qaradərili qadın - Fotolar
Bizi izləyin

Tabloid.az

Gözəlliyilə Hollivud ulduzlarını qısqandıran qaradərili qadın - Fotolar

Dünyanın ən cazibədar qaradərili qadını - Fotolar

Son günlər Hollivudun ən diqqətçəkən aktrisası Lupita Nyonqodur. Lupita ötən il “12 illik köləlik” filmində canlandırdığı kölə Patsi roluna görə, “İkinci planda ən yaxşı aktrisa” nominasiyasında "Oskar" mükafatı alıb.

O, Meksikada dünyaya gəlsə də, Keniyada böyüyüb. Daha sonra Amerikaya köçərək Yel universitetində aktrisalıq təhsili alıb. Təhsil aldığı illərdə həm də teatrda çalışıb və film çəkilişlərində iştirak edib. Aktrisalığa ilk addımını 2008-ci ildə atıb. O, “East River” adlı qısa filmdə rol alıb. 2009-cu ildə isə Keniyada yayımlanan “Shuga” adlı serialla ilk uzunmüddətli işinə imza atıb. Belə görünür ki, Lupita kino sahəsinə sadəcə 6 il əmək sərf edərək bir çox aktrisanın illərlə ala bilmədiyi “Oscar”ı qucaqlamağı bacarıb.

Aktrisanın “12 illik köləlik” filmi ilə etdiyi debüt Hollivudda əks-səda yaradır. Bütün nəzərlər bu qaradərili xanımın üzərində toplanır.

Hər il dünyanın ən gözəl qadınlarını seçən “People” jurnalı da Lupitadan təsirlənməyə bilmədi və gözlənilməz addım atdı. Jurnal gözəllər siyahısında Ember Hörd, Pink, Molli Sims kimi bir-birindən cazibədar ulduzlara yer versə də, məhz Lupitanı qalib elan etdi və aktrisa “Dünyanın ən gözəl qadını” kimi “People”ın üz qabığına çıxdı.

Uşaqlığından bəri həm dərisinin rənginə, həm də fiqurasına görə, özünü bəyənmədiyini etiraf edən aktrisa nə vaxtsa gözəlliyi ilə diqqət çəkəcəyini xəyal etmədiyini bildirib.

Lupita eyni ildə “Fitness Magazine” jurnalı tərəfindən “Ən gözəl bədən quruluşuna malik qadın” elan edilib.

Hazırda Hollivudda ən çox müzakirə edilən eşq romanının baş qəhrəmanı da 32 yaşlı bu aktrisadır. Belə ki, Lupita ilə həmkarı Carerd Letonun eşq yaşadıqları iddia olunur.

İllərdir Carerd Letonun homoseksual olduğu iddia edilirdi, aktyor həmişə bu iddiaları ya cavabsız qoyur, ya da sərt reaksiya verirdi. Görünür, qaradərili gözəlçə ilə Carerdin eşqi Hollivudu hələ çox məşğul edəcək.

Elə dünən gecə baş tutan 87-ci “Oscar” mükafatları gecəsində də bütün gözlər bu iki ulduzun üzərində olub. Bu dəfə də Lupita ilə Cerard birlikdə görüntülənib.

The time she somehow upstaged Jared Leto's unreal ombré locks.

Elə söz dünənki mükafatdan açılmışkən onu da qeyd edək ki, dünyanın ən cazibədar aktrisalarının iştirak etdiyi gecədə Lupita ağ incilərlə bəzənmiş, kürək dekolteli zərif libası ilə seçilib. Onu olduğundan daha uzun göstərən və bədəninə tam oturan bu libas həqiqətən də aktrisaya çox yaraşıb.

“Oskar”ın ziyafət gecəsində isə aktrisa krem rəngli sinə dekolteli libas geyinib.

Onsuz da populyarlaşmağa başladığı andan etibarən Lyupita sadəcə gözəlliyi ilə deyil, həm də bir çox qadının arzusunda olduğu zərif stili ilə göz qamaşdırıb. O, qısa müddətdə özünə məxsus tərzini yarada bilib. Təbii ki, bu uğuru əldə etməsində ona stilisti Mikaela Erlanqer yardımçı olub.

Beləliklə, tabloid.az-ın “Onların stili” layihəsində bu dəfə hazırda ən populyar qaradərili aktrisa haqqında oxuyacaqsınız.

Qırmızı xalıda daim nəzərləri üzərində cəmləşdirməyi bacaran Lupita artıq bir çox Hollivud ulduzunun qısqanclığına səbəb olur.

Onlardan biri də aktrisa Cenifer Enistondur. Hollivudun ən dəbli ulduzlarından biri sayılan Cenniferin öz minimalist tərzindən sıxıldığı deyilir. Aktrisanın yaxınlarının sözlərinə görə, Cennifer Lyupita Nyonqonun təkrarolunmaz stilinə heyrandır. Hətta bu heyranlıq o həddə çatıb ki, Cennifer Eniston uzun illərdir işlədiyi stilisti ilə yollarını ayıraraq Mikaela Erlenqerlə müqavilə bağlamaq qərarına gəlib. Dünən gecə Cenniferin “Oscar”a geyindiyi ziyafət libasının Lupita Nyonqonunku ilə oxşarlığı da bir daha bu dedi-qoduların doğru olduğunu sübut etdi.

32 yaşlı Lyupita Nyonqo qırmızı xalıda "Victoria Beckham"dən "Lanvin"ə, "Chanel"dən "Dior"a bir çox məşhur brendlərə üstünlük verir. Ən sevimli brendləri isə “Ralph Lauren”, “Gucci”, “Calvin Klein”, “Cushnie et Ochs”dur.

Lyupita ağ, krem kimi açıq rəngli geyimlərdə əsl şahzadəyə oxşayır. Bu geyimlərinin çoxu birrəngli olsa da, bəzilərinin üzərində rəngli detallar diqqət çəkir.

Lyupitanın rəngarəng tərzi var. O, istənilən rəngi qorxmadan geyinir. Yaşıl, çəhrayı, qırmızı, narıncı, göy, mavi, sarı kimi rənglərin bütün çalarlarında libasları var.

Onun qarderobunun göyqurşağını xatırlatdığını desək, yalan olmaz.

Xüsusilə də narıncının soğan qabığı adı verilən çalarında geyinməyi çox sevir.

Qəribədir ki, başqasının üzərində qarmaqarışıqlıq yarada biləcək bu libaslar Lupitaya çox yaraşır.

İddialı seçimlər etsə də, əsla həddindən artıq dəbdəbəli görünmür.

Bəlkə də bunu doğru kombinlər etməsinə borcludur.

Əsasən maksi, klyoş kəsimli ziyafət libaslarına üstünlük verir.

Ayaqları çox gözəl olsa da mini ətək geyinməkdən çəkinir. Midi və karandaş formalı ətəkləri daha çox bəyənir.

Nadir hallarda da olsa qısa şortlar geyinərək ayaqlarının gözəlliyini nümayiş etdirir.

Sinəsi ideal ölçülərdə olmasa da, iddialı sinə dekoltesi ilə diqqət çəkməyi xoşlayır. Bəzən kürəyini açır, bəzən də topik geyinərək göbək dekoltesi ilə seksuallığını ön plana çıxarır.

Onun üzərində qara və boz rəngli geyimlər görmək də mümkündür. Bu libasları da özünə yaraşdırır və stil ikonası olduğunu sübut edir.

Bütün ulduzlar kimi Lupitanın da sevimli ayaqqabı brendi “Christian Louboutin”dir. Onun qarderobunda həmçinin, “Paul Andrew”, “Nicholas Kirkwood”, "Lanvin" ayaqqabıları da çoxluq təşkil edir.

Lupita geyimlərdə olduğu kimi, çox vaxt ayaqqabılarını da rəngarəng seçir.

Mavi, qırmızı, yaşıl, narıncı ayaqqabıları çox bəyənir. Çox vaxt buna görə tənqidlərə məruz qalır. Çünki onsuz da geyimləri rəngli olduğu üçün onun daha sadə və klassik ayaqqabı seçməsi gözlənilir. Ancaq aktrisa iddialı seçimlər etməkdən vaz keçməyi düşünmür.

Lupita rahatlıq baxımından qısa saçlara üstünlük verir. Buna baxmayaraq, tək bir saç modeli ilə kifayətlənmir. Onu indiyə kimi bir-birindən fərqli və iddialı qısa saç kəsimlərində görmüşük.

Aktrisa saç aksessuarlarını çox sevir. Xüsusilə də "Fred Leighton"dan brilyantla bəzədilmiş qızıl saç bantından dəfələrlə istifadə edib.

Lupitanın aksessuarlarından söz açılmışkən onu da qeyd edim ki, aktrisa kiçik və sadə sırğalar taxmağı xoşlayır. Ümumiyyətlə, maraqlı aksessuarlardan istifadə edir. Buraya qolbaqlar və üzüklər də daxildir.

Professional vizajistlər qaradərili xanımların bəzi parlaq rənglərdən uzaq durmasını tövsiyə edir. Hətta dünyanın ən məşhur qara dərili modellərindən olan Naomi Kempbel nyud və bej çalarlarda olan dodaq boyalarından imtina edir. Ancaq 32 yaşlı Lupitanı qaradərili olmaq məhdudlaşdırmır. O, heç nədən çəkinmədən ən diqqət cəlb edən dodaq boyalarına müraciət edir. Qırmızı, çəhrayı, narıncı, bənövşəyi və hətta qara rəngli dodaq boyaları onun gözəlliyini vurğulayır.

Lupita göz makiyajında da olduqca cəsarətli seçimlər edir. Düzdür, çox vaxt sadəcə qara layner və tuşla kifayətlənsə də, bəzən də göy, bənövşəyi və digər parlaq rəngli göz kölgələri ilə kiçik gözlərini daha böyük göstərməyə çalışır.

Bir sözlə, Lupitanın rənglərə olan hərisliyi onun makiyaj stilində də öz əksini tapır.

Aktrisanın uğurlu makiyajı onun qısa zaman ərzində diqqət mərkəzində olmasına səbəb olub. Belə ki, dünyanın ən məşhur firmalarından biri olan “Lancome” Lupitanı öz siması seçib. Reklam kampaniyasının ən önəmli cəhəti Lupita sayəsində necə makiyaj edəcəklərini bilməyən qaradərili qadınların öz suallarına cavab tapmaları oldu.

Lupita Nyonqo gecə həyatını sevmir. Paparassilər onu nadir hallarda görüntüləyə bilirlər. Ona görə də aktrisanın gündəlik həyatda necə geyindiyini tam olaraq demək mümkün deyil. Ancaq əldə olan fotolarına nəzər salsaq görək ki, o da hamı kimi rahatlığa üstünlük verir. Kapri, cins şalvarlar, pencəklər və rahat donlar seçir. Əsas məsələ odur ki, Lupitanı bu günə kimi küçədə zövqsüz bir geyimdə görən olmayıb.

Aktrisanın zövqündən ilham alan qadınların sayının gün keçdikcə artdığını nəzərə alan brendlər onunla müqavilə bağlamağa can atırlar. "Miu Miu" firması onlardan biridir. Lupita bu brend üçün diqqətçəkici pozalar verib.

Eyni ildə həm “Oscar” mükafatına layiq görülən, həm də dünyanın ən məşhur iki jurnalı tərəfindən “Dünyanın ən gözəl qadını” və “Ən yaxşı bədən quruluşuna sahib qadın” seçilən aktrisa bir anda jurnallar tərəfindən ən çox axtarılan ulduza çevrildi. Lupita təkliflərin çoxuna müsbət cavab verib. O, bir çox jurnalın üz qabığını bəzəyib. Olduqca cazibədar fotosessiyalar etdirən Lupita açıq-saçıq pozalar verməkdən çəkinib. Aktrisa işi və gözəlliyi ilə gündəmə gəlməkdən narahat olmasa da, sadəcə seksuallıqla diqqət mərkəzində olmaq niyyətində deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm