Tabloid.az
Bu gün su çərşənbəsidir
Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına görə, fevralın 24-də Azərbaycanda ilk çərşənbə, martın 17-də isə axır çərşənbə qeyd olunacaq.
Bu minvalla, bu gün ilk çərşənbədir. Xalq arasında “yalançı çərşənbə” kimi tanınan su çərşənbəsi — Novruz bayramının ilk çərşənbəsidir.
Bu çərşənbədə ocaq, tonqal qalanmır, dəbdəbəli bol süfrə açılmır. Hərə öz işindədir: həyət-baca təmizlənir, mal-qaranın altı kürünür, Kiçik Çillənin törətdiyi fəsadlar aradan qaldırılır. İlin-ayın Axır gününə hazırlıqlar daha da sürətlənir.
Lakin bu o demək deyil ki, insanın yaranışında suyun rolu o qədər əhəmiyyətsizdir ki, onu qeyd etməmək də olar.
Su çərşənbəsində su və sumənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.
Təsadüfi deyil ki, bu çərşənbəyə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr vərəvayətlər var. Məsələn, inanclarda deyilir:
- Süfrəyə su dağılması aydınlıqdır,
- Su içən adamı qəfil vurmazlar,
- Su içən adamı ilan çalmaz,
- Lal axan sudan keçərkən “suyum irəlilə” deyərlər.
Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur:
- Su olan yerdə dirilik olar,
- Su ehsandır,
- Su murdarlıq götürməz,
- Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz.
Qeyd edək ki, gələn həftə od çərşənbəsidir.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...