Kıvanç Tatlıtuğ Hollivud ulduzlarına rəqib oldu – Fotolar
Bizi izləyin

Tabloid.az

Kıvanç Tatlıtuğ Hollivud ulduzlarına rəqib oldu – Fotolar

Yaraşıqlı aktyor bir yəhudini canlandıracaq

Yaraşıqlı aktyor Kıvanç Tatlıtuğ Hollivud ulduzlarına rəqib olmağa qərar verib.

Aktyor Hollivudda istehsalçı şirkəti olan ssenarist Ömər Sarıkayanın yeni filmində baş rol oynayacaq.

İlk olaraq ABŞ-da nümayiş olunacaq "Edict of Expulsion 1492" adlı film 1492-ci ildə İspaniyada yaşayan yəhudilərin köç prosesindən və II Bəyazid tərəfindən Osmanlı torpaqlarına qəbul edilmələrindən bəhs edir. Filmin çəkilişləri İspaniya və Türkiyədə baş tutacaq.

20 milyon dollara başa gəlməsi planlaşdırılan film Türkiyədə “Fərman” adıyla nümayiş ediləcək.

Kıvanç Tatlıtuğ filmdə Benjamin adlı yəhudini canlandıracaq.

Filmdə həmçinin, “Öylə bir keçər zaman ki…” adlı serialla populyarlaşan aktrisa Vilma Elles, Hollivudun məşhur aktyorları Robert Meyllet və Harri İden də rol alacaqlar.

Maraqlısı odur ki, II Bəyazidi hind aktyoru Kabir Bedi canlandıracaq.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm