Bu çay qırış və dəri ləkələrini aradan qaldırır
Bizi izləyin

Tabloid.az

Bu çay qırış və dəri ləkələrini aradan qaldırır

Bu çay qırış və dəri ləkələrini aradan qaldırır

Dermatoloq Elif Ebru Güner yaşıl çayın qırışlar və günəş ləkələri ilə mübarizə apardığını bildirib.

Elif Əbru Güner bildirib ki, qadınlar hansı yaşda olmasından asılı olmayaraq, özünü həmişə gümrah hiss etmək və gənc dəriyə sahib olmaq istəyir. Ancaq zamanla qırışlar, ləkələr əmələ gəlir, yaş irəlilədikcə korlanan dəri parlaqlığını və əvvəlki təravətini itirir. Dermatoloq dəri qırışmadan və korlanmadan onun qocalma prosesini gecikdirmək üçün “antiaging” (yaşlılıq əleyhinə) tərkibli qidalara üstünlük verməyi təklif edir. O, bunun üçün dörd güclü “antiaging” olduğunu bildirib. Dərini cavanlaşdırmaq üçün bu gün bazarda bir çox məhsullar təklif olunur. Lakin bunlar arasında ən səmərəlisi yaşıl çaydır. Belə ki, onun tərkibindəki: retinol və retinoidler, C vitamini və reptidlər qocalma ilə ciddi mübarizə aparır.

Kollagen anbarı C vitamini: C vitamini yüksək antioksidant tərkibi ilə kollagenin parçalanmasına mane olaraq sərbəst radikallarla mübarizə aparır. Hətta E vitamini ilə birlikdə istifadə edildikdə UV şüalarından qoruyur. Soyuqdəyməyə qarşı güclü müalicə effekti verən C vitamini suda həll edilə bilən antioksidant kimi kollagen toxumanın böyüməsi, yəni, yaxşılaşmasına təsir etdiyi kimi, sümükləri və dizləri də möhkəmləndirir.

Yaşıl çayda patent adlı antioksidantlar var. Yaşlanma əlamətləri olan qırışlarla, günəş ləkələri, rəng bərabərsizliyi və dəri elastikliyinin itməsinə qarşı oksidativ zərərləri neytrallaşdırır.

Retinol ve Retinoidler: Retinoidlər dərinin canlanmasına təsir göstərir. Mütəmadi olaraq retinol istifadəsi genişlənmiş məsamələrin daralmasına, qırışların dərinliyinin azalmasına və dəri solğunluğunun düzəlməsinə səbəb olur.

Yaşıl çay çox güclü “antiaging” təsirlərindən başqa, çox sayda tibbi məqsədlər üçün istifadə edilir. Dermatoloq Əlif Ebru Güner "Retinoldan mütəmadi istifadə genişlənmiş dəri məsamələrinin daralmasına, qırışların dərinliyinin azalmasına və dəridəki rəng bərabərsizliyinin aradan qalxmasına səbəb olur. Retinoidlərdən nə qədər istifadə etsəniz, dəri o qədər daha yaxşı görünəcək", - deyə bildirib.

Üzdəki xətlər və qırışlar görünmür

Peptidlər: Tədqiqatçılar peptidlərin (peptid - eyni və ya müxtəlif aminturşu qalıqlarının öz aralarında peptid rabitəsi ilə bağlanmasından əmələ gəlmiş birləşmələr) dəridə kollagen istehsalını artıraraq xırda qırışlar və dərin qırışların görünüşünü azaltdığını təsdiqləyir. Buna görə də bir çox kosmetik məhsulların tərkibində peptid var. Peptidlər, həmçinin, sağalmanı sürətləndirir, mimik cizgilərinin əmələ gəlməsini əngəlləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm