• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Salma Hayek məşhur brendin siması oldu - Fotolar

Salma Hayek məşhur brendin siması oldu - Fotolar

Cazibədar ulduz Salma Hayek İtaliyanın məşhur zinət əşyaları brendi “Pomellato”nun siması olub.

“Pomellato” firması adətən güclü və azad qadınları özünə sima seçir. Ona görə də yeni kolleksiyada Tilde Suintonun yerini Salma Hayek alıb.

Aktrisa kolleksiyada yer alan ən gözəl zinət əşyalarını taxaraq fotoqraf Mərt Alaşa pozalar verib. Suyun içərisində baş tutan çəkilişlər zamanı daha çox Salmanın gözəl üz quruluşuna diqqət verilib.

“"Pomellato”nun zinət əşyaları qadının şəxsiyyətini zənginləşdirməyə qadirdir. Bunları taxanda hər dəfə özünüzü yenidən kəşf edəcəksiniz”, - deyən Salma Hayek brendin məhsullarına heyran olduğunu etiraf edib.

Qeyd edək ki, bu aktrisanın adıçəkilən brendlə ikinci əməkdaşlığıdır. Salma Hayek 1995-ci ildə “Pomellato”nun xeyriyyə məqsədilə həyata keçirdiyi layihəyə dəstək vermişdi.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR