• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Oskar”ın reytinqi düşür

“Oskar”ın reytinqi düşür

“Oskar 2015” mərasimi ən aşağı reytinq göstəricisi ilə diqqət çəkib. Los Ancelesdə baş tutan və canlı yayımlanan mükafatlandırma mərasimini 34 milyon insan izləyib. Bu ötən ilki nəticələrdən 10 milyon azdır. Bununla da “Oskar” son 8 ildə ən aşağı reytinq göstərib.

O da maraqlıdır ki, 87-ci mükafatlandırma olan bu mərasim “Oskar”ın tarixində qeydə alınmış ən maraqsız 3 şoudan biri olub. Halbuki təşkilatçılar şounun baxımlı olması üçün Ledi Qaqa, Maroon 5, Cenifer Hanson, Rita Ora, Con Lecend, Cenifer Lopez kimi dünya ulduzlarının iştirakını təşkil edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR