Tabloid.az
ATV telekanalında qarşıdurma
Mətanət Əliverdiyevanın verilişində novruz ənənələri ilə bağlı müzakirələr qarşıdurmaya səbəb olub. Tabloid.az xəbər verir ki, Könül Kərimova, Elnur Məmmədov, Zaur Rzayev və Rəhman Quliyevin qonağı olduğu verilişdə fikirlər Milli Elmlər Akademiyasının fəlsəfə üzrə doktoru Atəş Əhmədin novruz bayramında papaq atmaq ənənəsinin ləğv olunmasına münasibət bildirərkən haçalanıb.
Atəş Əhməd qeyrət rəmzi olduğundan qapılara papaq atmağın yığışdırılmasını, əvəzində isə xüsusi torbalar hazırlanmasını təklif edib.
Məsələyə ilk münasibət bildirən Zaur Rzayev bu ideyanın əleyhinə olub.
“Onu biznes üçün deyirlər. Yeni il şaxta baba, Qarqızsız olsa, onu qəbul edərik? Yox. Belə şeylərə fikir vermək olmaz. Papağı biz qeyrət əlaməti olaraq fikirləşmirik. Onu atan da balaca azyaşlı uşaqlardır”.
Müğənni Könül Kərimova isə Zaur Rzayevin fikri ilə razılaşmayıb.
“Torba olsa, yaxşı olar. Bu gigiyenik baxımdan da düzgün olar. Təsəvvür edin, başdan çıxan papağı yerə qoyurlar. Onun içinə şirniyyat qoyurlar. Daha sonra o şirniyyatlar yeyilir, papaq isə yenidən başa qoyulur. O papaq nə gündə olar”?
Aktyor Rəhamn Quliyev isə “Dəli Kür” filmindən nümumə gətirərək, o vaxtlar papaq deyil, torba qoyulduğunu xatırladıb.
Aparıcı Mətanət Əliverdiyeva da alimin fikri ilə razılaşıb.
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi