Ziyafət gecələri üçün ən dəbdəbəli saç düzümləri - Fotolar
Bizi izləyin

Tabloid.az

Ziyafət gecələri üçün ən dəbdəbəli saç düzümləri - Fotolar

Ziyafət gecələri üçün ən dəbdəbəli saç düzümləri - Fotolar

Hər birimiz toya, ziyafətə gedərkən saçlarımızı səliqəyə salmaq, həm yaraşan, həm də dəbdə olan bir saç düzümü seçmək üçün gözəllik salonlarına üz tuturuq. Tabloid.az bu xəbərdə "Oskar" mərasiminin ən dəbdəbəli saç düzümlərini toplayıb.

Bu il, əsasən, arxaya yığılan və aşağıda toplanan toppuz saç düzümləri dəbdir. Bu saç düzümü, demək olar ki, əksər xanımlara yaraşır. Hətta gəlinlər üçün də uğurlu seçim olan bu model tac və ya başqa aksesuar istifadə edərkən də ideal sayılır.

Bu ilki "Oskar" mərsiminə dünya ulduzlarının çoxu, hər zaman olduğu kimi, yunansayağı saç düzümlərində gəliblər. Yunan ilahələrini xatırladan bu fasonlarda, əsasən, hörüklərdən istifadə olunur.

Dalğalı saç düzümləri də xanımları romantik göstərmək üçün əla modeldir. Həmin model gündəlik istifadədə də yararlıdır. Hətta fantaziyamızı işə salıb saç aksessuarlarından istifadə etsək, ziyafət üçün də ideal saç düzümü alınar.

50-60-cı illərin retro və vintaj saç düzümü də XXI əsrdə öz aktuallığını qoruyub saxlayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm