Ayaqların uzun görünməsi üçün necə geyinməli? - Fotolar
Bizi izləyin

Tabloid.az

Ayaqların uzun görünməsi üçün necə geyinməli? - Fotolar

Geyim tərzində bir neçə dəyişiklik edərək ayaqlarınızı daha uzun və biçimli göstərə bilərsiniz

Geyim tərzində edəcəyiniz bir neçə dəyişiklik ilə ayaqlarınızı daha uzun və biçimli göstərə bilərsiniz.

Xüsusilə də, ayaqlarının qısalığından narahat olan xanımlar mütləq yazının davamını oxumalıdırlar.

Tabloid.az ayaqların uzun görünməsi üçün 10 geyim təklif edir:

1. Mini ətəklər və qısa donlar ayaqların daha uzun görünməsini təmin edir.

2.Təbii ki, ayaqları uzun göstərən ən təsirli detal dikdaban ayaqqabılardır. Hündürdabanlı ayaqqabılar ayaqların düz, uzun və qüsursuz görünməsinə kömək edir.

3. Ayaq biləyindən bağlanan ayaqqabılardan uzaq durmaq lazımdır. Çünki bu tərz ayaqqabılar sizi olduğunuzdan daha qısa göstərəcək.

4. Sinənin altından başlayaraq aşağıya doğru enlənən, klyoş paltarlar ayaqları daha uzun göstərir.

5. Başdan-ayağa eyni rəngdə geyinmək də ən təsirli hiylələrdən biridir. Bu sayədə daha arıq və hündür görünəcəksiniz.

6. Geyindiyiniz şalvarla ayaqqabılarınızın eyni rəng çalarında olmasına diqqət yetirin. Əgər eyni rəngdə deyillərsə, heç olmasa, yaxın tonlarda olmasına çalışın.

7. Yüksək bel şalvar və ətəklər ombalarınızı yığcamlaşdıraraq ayaqlaırnızın daha uzun görünməsini təmin edir.

8. Ayaq biləyində bitən, qısa çəkmələr geyinməyin. Ayaqlarınızın daha uzun və düz görünməsini istəyirsinizsə, uzunboğaz çəkmələrə üstünlük verin.

9. Şalvar və ətəklərinizin detalları da əhəmiyyət kəsb edir. Geyimlərinizin üzərindəki şaquli xəttlər sizi olduğunuzdan daha arıq və uzun göstərdiyi halda, eninə çəkilmiş zolaq və xətlər əks effekt verir.

10. Qələm ətəklər həm fiquranızı vurğulayaraq cazibədarlığınızı artırır, həm də ayaqlarınızı olduğundan ən az 3 santimetr daha uzun göstərir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm