• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Sidiyin rəngi və qoxusu hansı xəstəliklərin göstəricisidir?

Sidiyin rəngi və qoxusu hansı xəstəliklərin göstəricisidir?

Sidik qəbul etdiyimiz qida maddələrinin böyrəkdə yığılıb qalan hissəsidir. Sidiyin tərkibi orqanizmin tələbatından artıq olan ziyanlı maye, su, ölü qan hüceyrələri və digər bu kimi tullantılardan ibarətdir.

Sidik, sadəcə, toksinlərin və artıq suyun bədəndən xaric olunması demək deyil. Bədənlə bağlı bir çox gizli məlumatları da məhz sidiyin rənginə əsasən müəyyən etmək olar.

Sidiyin ən önəmli xüsusiyyətlərindən biri də onun rəngidir. Şəffaf və ya solğun sarı rəngdə olan sidiyin rənginin dəyişməsi bir çox xəstəliklərin göstəricisidir. Düzdür, yediyimiz qidalar da onun rənginin dəyişməsinə səbəb ola bilər, lakin əksər sağlamlıq problemləri sidiyin rənginə təsir edir.

Təzə sidik, demək olar, iysizdir. Lakin havanın təsiri nəticəsində sidikdə müəyyən proseslər baş verir ki, ifraz olunduqdan bir müddət sonra sidiyin iyi dəyişilir və ondan kəskin ammiak iyi gəlir.

İdrarın rengi ve kokusu neyin habercisi?

Tibbi nöqteyi-nəzərdən sidikdə qırmızı qan hüceyrələrinin olması böyrək daşının olmasından, şirin ətir isə diabetdən xəbər verir. Şirin qoxunun səbəbi qlükozanın orqanizmdə tam işlənməmiş olmasıdır. Odur ki, sidikdə qan və ya qeyri-adi bir qoxu hiss etsəniz, dərhal həkimlə məsləhətləşin. Qırmızı qan hüceyrələri də sidiyə çəhrayı rəng verə bilər.

Bulanıq sidik nəyin göstəricisidir?

İnfeksiyalarla mübarizə aparmaq üçün sidiklə birlikdə gələn ağ qan hüceyrələri isə sidiyin bulanıq olmasına və pis iy verməsinə səbəb ola bilər.

İdrarın rengi ve kokusu neyin habercisi?

Tünd rəng orqanizmin susuz qalmasından xəbər verir

Sidiyin tünd rəngdə olması orqanizmin susuz qalmasının göstəricisidir. Maye çatışmazlığından xəbər verən tünd rəngli sidik həm də pis qoxulu olur. Belə vəziyyətlərdə bol-bol su için.

Hamiləmisizmi?

Evdə aparılan hamiləlik testləri sidiyin tərkibində HCG hormonunun olduğunu müəyyən edir. Bəzi qadınlar hamilə olduğunu öyrənməzdən əvvəl sidiklərindən kəskin qoxu gəldiyini bildirir.

İdrarın rengi ve kokusu neyin habercisi?

Hansı növ meyvələr sevirsiniz?

Bəzi meyvə və tərəvəzlərin tərkibində olan tünd piqmentlər sidiyin rəngini qırmızıya çevirə bilər. Qulançar yedikdən sonra sidiyin pis qoxacağını da unutmayın. Bu tərəvəzdə olan maddə pis qoxuya səbəb olur.

Tünd sarı

Bu rəng böyrəklərdə problem olmasına və ya sarılıq xəstəliyinə işarədir. Qəti qərara gəlmək üçün həkim məsləhətinə ehtiyac var.

Narıncı rəng

Orqanizmdə C vitamininin çoxluğu sidiyi narıncı rəngə çevirə bilər.

Bulanıq qəhvəyi

Bu rəng ciddi sağlamlıq problemindən xəbər verir. Belə ki, bu rəng qara ciyər problemi, hepatit, dəri xərçəngi kimi ciddi xəstəliklərin xəbərçisidir ki, bu zaman həkimə muraciət təxirəsalınmazdır.

Qırmızı və ya qanlı sidik

Bu zaman sidik ya qırmızı olur və ya sidikdə qan damcıları görünür. Əsas səbəb kimi böyrək daşları göstərilir. Bu halı müşahidə edən kimi dərhal həkimə gedin.

Mavi və yaşıl

Dərmanlar və bəzi multivitaminlər sidik rənginin göy rəngə çalan olmasına gətirib çıxarar. Bu da bədəndə kalsium çoxluğu ilə bağlıdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR