Sezen Aksunun ayağı sındı
Bizi izləyin

Tabloid.az

Sezen Aksunun ayağı sındı

Sezen Aksunun ayağı sındı

Türkiyəli müğənni-bəstəkar Sezen Aksu ayağını sındırıb. Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı evində pilləkənlərdən enərkən yıxılıb. Xəstəxanaya müraciət edən Sezen Aksunun sağ baldırının iki yerdən sındığı bildirilib. Ayağı gipsə qoyulan ifaçı hazırda evində dincəlir.

Sezen Aksu ayağının qırılması ilə bağlı jurnalistin sualına zarafatla cavab verib. O, "Başımıza bu gəldi, amma yenə də problem deyil. Məncə yaşadığımız hər anın kefini çıxarmaq lazımdır” deyib.

Qeyd edək ki, ifaçı konsertləri ləğv etmədiyini və səhnəyə gipsli ayağıyla çıxacağını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm