Tabloid.az
Azərbaycanlı aktrisa: “Həyatımı anam məhv edib, ona halallıq vermirəm” - Fotolar
Azərbaycanın əməkdar artisti, aktrisa Səmayə Musayeva həyatının gizli məqamlarını ATV telekanalına danışıb. Tabloid.az xəbər verir ki, aktirsa həyatının uğursuzluğunda doğma anasını günahlandırıb.
"Çox kasıb olmuşuq. Ailədə 3 oğlan və bir qız uşağı olmuşuq. Qardaşlarım körpə idi. Anam dedi ailəni dolandırmaq üçün səni ərə verək ki, bizə də baxsınlar. O vaxt anam işləyirdi. Dedim mən də işləyərəm evə pul gətirərəm. Məni ərə vermə. Məni dinləmədi. Məndən 10 yaş böyük bir kişiyə ərə verdi. Zorla, döyərək məni kəbinə göndərdi. Kəbini kəsən şəxsdə dedi ki, bu qız sənin tayın deyil. Çox ağır xəstələndim. Ölümlə əlbəyaxa idim. Qanım zəhərlənmişdi. Ərim də mənə baxmırdı. Dedi mənim pulum yoxdur. Anam məni məhv etdi. Anamı qınayırdım. Mənə deyirdi ki, bu taleyi sənə Allah yazıb. O kişini evə gətirməklə həyatımı məhv etdi. Həyatda bağışlamadığım yeganə insan anamdır.
25 yaşında instituta girdim. O olmasaydı, ali məktəbə daha tez daxil olub həyatımı qurardım."
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye