Arvadı məşhur aktyora filmdə sevişməyi qadağan etdi
Bizi izləyin

Tabloid.az

Arvadı məşhur aktyora filmdə sevişməyi qadağan etdi

Arvadının qısqanclığı ucbatından “Bozun 50 çaları”-nın növbəti çəkilişlərdən imtina etdi

Yazar El Ceymsin eyniadlı romanı əsasında çəkilmiş erotik “Bozun 50 çaları” filmi ilə bağlı yeni xəbər var. Filmdə sado-mazo seksə düşkün baş qəhrəmanı canlandıran aktyor Ceymi Dornanın növbəti hissələrə çəkilmək istəmədiyi bildirilir. 32 yaşlı aktyorun belə qərar verməsinə səbəb həyat yoldaşı Amelinin qısqanclığı olub.

Cütlüyə yaxın olan mənbə bildirib ki, “Bozun 50 çaları”ndan sonra qızların Ceymiyə marağının artması Amelini narahat edib. O, ərinin erotik səhnələrini görmək istəmədiyi üçün adı çəkilən filmi izləməkdən də imtina edib.

Ceymi Dornan isə şöhrəti və pulu deyil, həyat yoldaşı ilə xoşbəxtliyi seçib.

Ekran işinin növbəti iki hissəsində Ceyminin yerini kimin alacağı isə hələlik bilinmir.

Qeyd edək ki, aktyorun həyat yoldaşı filmin tizerini izlədikdən sonra filmə baxmaqdan imtina edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm