Elnur, Dilarə və Qənirə Paşayeva Türkiyədə Xocalıdan danışdılar
Bizi izləyin

Tabloid.az

Elnur, Dilarə və Qənirə Paşayeva Türkiyədə Xocalıdan danışdılar

Verilişin qonaqları sırasında Qənirə Paşayeva, Dİlarə Kazımova və Elnur Hüseynov da olub.

26 fevral Xocalı faciəsindən bəhs edən verilişlər təkcə Azərbaycanda deyil, Azərbaycanın dərdinə şərik olan hər bir dövlətdə keçirilir. Dəhşətli Xocalı hadisəsindən demək olar ki, bütün ölkələrdə danışılır.

Türkiyənin ən baxımlı verilişlərindən olan “Şəffaf oda” verilişi də son buraxılışını ermənilərin törətdikləri soyqırıma həsr edib.

Verilişin qonaqları sırasında Azərbaycanın millət vəkili Qənirə Paşayeva, Azərbaycanı “Eurovision” musiqi yarışmasında təmsil edən Dİlarə Kazımova və “O səs Türkiyə” musiqi müsabiqəsinin qalibi Elnur Hüseynov da olub.

Veriliş martın 1-də Türkiyə vaxtı ilə 10:45, Azərbaycan vaxtı ilə 12:45-də Türkiyənin TV8 kanalında efirə gedəcək.

Tabloid.az verilişdən fotoları təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm