• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Gözləri kompüterin ekranından qorumağın 5 yolu

Gözləri kompüterin ekranından qorumağın 5 yolu

ABŞ-da Eynək Sənayesi İstehsalçılar Ticarət Birliyinin müfaviq şurası kompüter, android telefon və ya planşetlərin səbəb olduğu göz problemlərini minimuma endirməyin yollarını təqdim ediblər. Tabloid.az gözü qoruyan 5 mühüm qaydanı təqdim edir:

Uzun müddətli kompüter, andorid telefon kimi texnoloji alətlərin istifadəsi gözün yığılmasına və qurumasına səbəb olur. ABŞ-ın Virciniya ştatında yerləşən şura fiziki problemləri minimuma endirərək göz sağlamlığını qoruyan sadə, amma təsirli üsulları açıqlayıb. Şura mütəxəssisləri hesab edirlər ki, bu məlumatları nəzərə alaraq göz sağlamlığını qorumaq mümkündür.

Gözlərinizi yumun

Ekrana baxanda gözləri qırpmaq göz quruluğunu aradan qaldırır. Göz qırpmağı xatırlamaq çətin olsa da, gözləri hərdən bir yumaraq göz quruluğunun qarşısını almaq olar. Gözlərin quruluğunu əngəlləmək üçün göz damcıları da olduqca faydalı və sadə bir üsuldur.

Oxuduğunuz mətni böyüdün:

Kompüter, ya android telefonlarında bir mətn oxuduğunuz zaman ekranı daha çox yaxınlaşdırın. Çünki kiçik şriftlə oxumaq tez yorulmağa və baş ağrısına səbəb olur. Şriftləri böyütmək oxumağı asanlaşdırır.

20 dəqiqə

20 dəqiqə işlədikdən sonra 20 saniyəlik fasilə verin və bu müddət ərzində 20 addım ataraq ətrafınızda olan obyektlərə baxın. Eyni məsafədən uzun müddət ekrana baxmaq, bu müddətdən sonra fərqli nöqtəyə baxmaq göz əzələlərinin hərəkət etməsinə mane olur. Bunun qarşısını almaq üçün tez-tez ətrafınızda olan obyektlərə baxmaq lazımdır.

Gözlərinizi mavi işığa məruz qaldığı müddəti məhdudlaşdırın

Bu vəziyyəti əngəlləmək digər maddələri yerinə yetirmək qədər asan olmasa da, gözləri mavi işıqdan müxtəlif yollarla qorumaq mümkündür. Uzun müddət ekrana baxdıqdan sonra ağ bir kağıza baxaraq gözlərinizə istirahət verin. Bundan başqa, kompüterinizin işığını minimuma endirin.

Kompüter ekranını düzgün yerləşdirin

Kompüterin ekranını göz səviyyənizdən təxminən 13 santimetrə bərabər dayanan şəkildə yerləşdirin. Bu yerləşdirmə boyun ilə kürək ağrılarını minimuma endirəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR