Bədəndə yağ toplanmasını əngəlləyən qidalar
Bizi izləyin

Tabloid.az

Bədəndə yağ toplanmasını əngəlləyən qidalar

Bədəninizdə toplanan yağların əriməsini və əzələ kütlənizin artmasını istəyirsinizsə...

Bədəninizdə toplanan yağların əriməsini və əzələ kütlənizin artmasını istəyirsinizsə, qida menyunuza mütləq bəzi qidaları əlavə etməlisiniz.

Kinoa

Kinoa əsasən, Cənubi Amerikanın qərb sahillərində yetişir. Kinoa son illər olduqca populyarlaşıb, bir çox ölkədə ən çox idxal, ixrac edilən qidaya çevrilib. Bu da səbəbsiz deyil. Zülal və orqanizm üçün lazımlı olan “lizin” adlı amin turşusu ehtiva edən kinoa bütün digər qidalardan fərqlənir və sağlamlığın ən yaxşı dostu hesab edilir. Tərkibində bol miqdarda lif olduğu üçün bağırsaqların daha sürətlə işləməsinə təkan verir.

Kinoanın çox sevilməsinin əsl səbəbi isə insanı tox saxlaması və bədəndəki yağları əridərək arıqlamağa kömək etməsidir.

Kinoanı salatlara əlavə etmək və ya plovunu bişirmək mümkündür. Ondan kotlet bişirənlər də var. Tərkibində qlüten olmayan kinoa sizə ideal görkəm və sağlam orqanizm bəxş edəcək.

Qarabaşaq

Qarabaşaq qan təzyiqini və xolesterolu aşağı salır. Çinlilər qarabaşaqdan çox istifadə edirlər. 110 nəfər çinlinin iştirak etdiyi araşdırma zamanı qarabaşağın onlarda pis xolesterol yaranmasının qarşısını aldığı sübut edilib. Bir kasa qarabaşaqda təxminən 86 qram maqnezium var. Maqnezium qan damarlarını genişləndirir, qan təzyiqini aşağı salır və qan dövranını yaxşılaşdırır.

Qarabaşaq iştahanı azaldır, toxluq hissi verir. Bədənin yağ toplamasına imkan vermir. Arıqlamaq istəyənlər üçün ideal qidadır. Qarabaşağın da tərkibindı qlüten yoxdur.

Çia (Chia) tumu

İştahanı kəsir. Şirniyyat yemək istəyini yox edir. Bu tumu maye (su və ya meyvə şirəsi) ilə qarışdırıb yemək lazımdır. Bu zaman mədədə gel halına gəlir və şişir. 1 qaşıq çia tumunda təxminən 11 qram lif olur. Çia tumunu qatığa və ya şorbaya da əlavə edə bilərsiniz.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm