• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Hip-hop geyim tərzi nə deməkdir?

Hip-hop geyim tərzi nə deməkdir?

Hip-hop təkcə geyim üslubu deyil, həm də həyat tərzidir. Bu, cəngəlliklərdən məhrum olmuş, asfalt və daşlı küçələrdə yaşayan çoxsaylı insanların bir-birindən fərqlənib özünü ifadə etməsinin bir üsuludur. Bu üslub yüngül, rahat, maraqlı və böyük şəhərin müvafiq ritminə uyğun imic yaratmaq deməkdir. Hip-hop stili bir növ idman üslubuna yaxındır, lakin musiqinin təsiri altında bir qədər dəyişdirilib. Tabloid.az-ın "Moda inqilabları" layihəsi çərçivəsində hip-hop geyim tərzinin yaranma tarixi və qayda-qanunları haqqında bəhs edəcəyəm.

Şəhərlə əlaqələndirilən və ya şəhər dəbi anlayışına xas hip-hop geyim üslubu Afrika və Amerika gəncliyinin yaşadığı Nyu-York, Los-Anceles, Çikaqo, San-Fransisko, Detroyt kimi bölgələrdə ortaya çıxıb. Bu gəncliyin özünə xas olan musiqi janrı olduğu kimi, geyim tərzi də fərqli idi. Kasıb məhəllələrdə böyüyən Amerika və Afrika gəncliyi həyat tərzinə uyğun olan rahat və dəlisov geyim üslubunu yaradır.

Müasir geyim üslubunda hip-hop tərzi çox məşhurdur. Bu tərz torba şalvarların və kobud obrazların hesabına yaranır. Bu üslub çoxşaxəli istiqaməti ilə seçilir, rahat və çox hərəkət edən insanlar üçün əlverişlidir.

Hip-hop musiqiçlərinin geyim tərzi

Bu mədəniyyət rep musiqisinə, "break-dance" rəqsinə və qraffiti sənətinə (sprey boyalarla divarlara, qatarlara və xüsusən küçələrdə çəkilən qeyri-qanuni rəsm və yazılardır) və DJ-lərə xas həyat tərzi nəticəsində yaranıb. Blyuz, funk, soul və jazz kimi musiqi janrlarının da hip-hop musiqi mədəniyyətinin inkişafında olduqca böyük təsiri var. Bundan başqa, "beat", yəni, insan səsi ilə qeyri-adi səsləri səsləndirmə sənəti də hip-hop musiqi mədəniyyətinin bir qolu kimi qiymətləndirilir.

Hip-hop geyim cərəyanının yaranması 1970-cı illərin sonları və 1980-cı illərin əvvəllərinə təsadüf edir. Hip-hop Amerikada parlaq rəngli idman paltarları, tünd rəngli dəri bomber gödəkcələr, idman ayaqqabıları, konverse ayaqqabılar və idman kepkalarından ibarət olan rahat və dağınıq geyim tərzi kimi xarakterizə olunur. 1970-ci illərin sonlarında “Le Coq”, “Kangol”, “Adidas” və başqa firmalar hip-hop geyim üslubunda geyimlər çıxarır. Daha sonra bu markalara “Nike” və başqa markalar da əlavə olunur.

Zamanla hip-hop geyim tərzinə bəzi əlavələr və dəyişikliklər olunur. Məsələn, enli cins şalvarlar və şortlar da bu üsluba aid geyimlərdir. Xüsusilə hip-hop musiqisi ilə məşğul olan sənətçilər bu üslubda geyinirlər. Həmçinin bu dəb hip-hop musiqi janrının heyranları tərəfindən də təqib edilir.

Azadlıq hərəkatları

Hip-hop üslubu həm də əla çevikliyi ilə xarakterizə olunur. Qeyri-məhdud hərəkətlər fikir azadlığına kömək edir və yaradıcılıq üçün geniş imkanlar yaradır. Ona görə də bu üslub hərəkət edən insanlar üçün çox gözəl yarayır, onun fəaliyyət sahəsi rəqs üzərində qurulub.

Top maykaların üstündən geyilən dama-dama köynək və papaqlar səhnə obrazı üçün idealdır. Çünki səhnədə fəal hərəkət etmək tələb olunur, deməli, burada idman ayaqqabılarsız keçinmək olmaz.

Hip-hop üslubunun özünəməxsus saç stilləri də mövcuddur. Yuxarıda tarım yığılmış at quyruğu tipli saç düzümləri bu obrazı tamamlamaq üçün tətbiq olunur. Həmçinin kreativ qısaldılmış kəsimlər də uyğundur. Bu üsluba üstünlük verən insanlar adətən öz arzularını reallaşdırmaq qabiliyyətinə və özünə inamlı kimi xarakterizə olunur.

Universallıq və rahatlıq

Bu üslubda geyinmək üçün kasıb məhəllədən olan və ya dələduzlarla rəqs edən ulduz olmaq vacib deyil. Rahatlığına düşkün olan savadlı və intellektual insanlar da bu üsluba müraciət edə bilərlər.

İndi isə müasir hip-hop tərzində geyinən məşhurlara nəzər salaq. 2010-cu ildə hip-hop dəb cərəyanına ən çox Rihanna, Cennifer Lopez və Mayli Sayrus kimi görkəmli simalar əməl edirdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR