"Damarımı kəsdim ki, erməniyə əsir düşməyim" - Video
Bizi izləyin

Tabloid.az

"Damarımı kəsdim ki, erməniyə əsir düşməyim" - Video

“Mən Xocalı faciəsini daxilən yaşamışam. O qarlı gecədə övladını sinəsində boğub öldürən, ərini itirən, faciə yaşayan bir Azərbaycan qadınının timsalında”.

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədova Publika.az-a Xocalı faciəsinə həsr olunmuş filmdə keçirdiyi ağır təəssüratdan danışdı: “Xocalı faciəsini özündə əks etdirən “Qırmızı qar” adlı filmdə çəkildim. Xalq artisti Mərahim Fərzəlibəyovun lentə aldığı həmin filmdə bir ananın yaşantıları əks olunub. Uşağını qucağına alıb qarlı gecədə canını qurtarmağa çalışan ana ərini itirir, uşağını qucağında boğur. Damarını kəsir ki, ermənilərə əsir düşməsin. Mən o ananın faciəsini bütün varlığımla yaşadım”.

Aktrisa onu da qeyd etdi ki, bu cür filmlərin sayı çox olmalıdır: “Biz mükəmməl filmlər çəkib dünyaya çıxarmalıyıq ki, beynəlxalq aləmdə faciəmizi öz gözləri ilə görsünlər”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm