Azərin türk müğənnisini üzr istəməyə məcbur etdi
Bizi izləyin

Tabloid.az

Azərin türk müğənnisini üzr istəməyə məcbur etdi

Türkiyəli müğənni Uğur İşılakın "Çırpınırdı Qara dəniz" mahnısının ermənilər tərəfindən bəstələndiyini iddia etməsi sənət cameəsində çaxnaşmaya səbəb olub.

Türkiyəli müğənni Uğur İşılakın "Çırpınırdı Qara dəniz" mahnısının ermənilər tərəfindən bəstələndiyini iddia etməsi sənət cameəsində çaxnaşmaya səbəb olub.

Teleqraf.com-un xəbərinə görə, Uğura ilk cavab isə Azərindən gəlib. Türkiyə mətbuatının yazdığına görə, mahnını "türk millətinin mirası" adlandıran Azərin onun yaranma səbəblərindən danışıb: "Mahnının bəstəkarı Azərbaycanın böyük bəstəkarı Üzeyir Hacıbəyov, sözləri böyük şair Əhməd Cavadındır. Bu onların Qafqaz İslam Ordusuna və onun komandiri Nuru və Ənvər Paşalara olan sevgilərini dilə gətirmək üçün yazdıqları əsərdir".

Onun sözlərinə görə, bu fakt sənədlərlə isbat olunur: "Həmin sənədlər arxivlərdə saxlanılır".

Məsələnin bu qədər böyüdüyünü görən Uğur isə öz "Twitter" hesabında bunları yazıb: "Saxtakar bir qəzet əməkdaşının azəri qardaşlarımla aramı vurmaq üçün təhrif olunaraq verdiyi xəbəri qınayır, Üzeyir Hacıbəyovu rəhmətlə anıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm