Kinoaktyor Azərbaycandan gedir - FOTO
Bizi izləyin

Tabloid.az

Kinoaktyor Azərbaycandan gedir - FOTO

“Muradına çatan Günəş”, “Sənə inanıram” və s. serialların baş rol ifaçısı kinoaktyor Ruslan Sabirli Azərbaycanı tərk edir.

Bununla bağlı Publika.az-a açıqlamasında kinoaktyor Ruslan Sabirli bildirib:

“Azərbaycanı tərk etməyim təhsilimlə bağlıdır. Martın 2-si Almaniyaya yola düşürəm. Orada prodakşn idarəçiliyi, eləcə də aktyorluq və rejissorluq üzrə təlimlərdə iştirak edəcəyəm. Səfər daxilində həmçinin Avropa film prodakşnları və tanınmış rejissorlarla görüşlər planlaşdırılıb. Səfərdən sonra Azərbaycana döncəyəm, bundan sonra fəaliyyətimi həm də rejissor kimi davam etdirməyi düşünürəm.

Ümumilikdə bu səfərim və təhsilim yaradıcılıq karyeramda böyük əhəmiyyətə malik olacaq. Eləcə də tamaşaçılara keyfiyyətli layihələr təqdim etməyimdə böyük yardımı olacaq.”

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm