19 yaşlı azərbaycanlı qız Almaniyanı mat qoydu - Foto
Bizi izləyin

Tabloid.az

19 yaşlı azərbaycanlı qız Almaniyanı mat qoydu - Foto

Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının gənc və istedadlı solisti, Azərbaycan Respublikası Prezidenti mükafatçısı Ayan Eyvazova 17-21 fevral tarixlərində Almaniyada keçirilən çox nüfuzlu beynəlxalq müsabiqədə iştirak edib və müsabiqənin laureatı olub.

Publika.az-ın məlumatına görə, “TANZOLYMP” adlanan müsabiqə Berlin şəhərində baş tutub və müsabiqədə bir sıra ölkələrdən – ABŞ, Yaponiya, Rusiya, Belorus, İtaliya, İspaniya, Almaniya və s. nümayəndələr iştirak edib. Ayan bu müsabiqədə Azərbaycanı təmsil edərək klassik rəqs nominasiyası üzrə qalib olub və bürünc medal qazanıb.

Müsabiqənin münsiflər heyətində bir sıra dünya şöhrətli balet mütəxəssisləri, o cümlədən Rusiyadan V.Vasilyev, V. Malaxov, S. Filin və b. təmsil olunub. 19 yaşlı Ayan Eyvazova 2012-ci ildə Bakı Xoreoqrafiya Məktəbini əla qiymətlərlə başa vurub, Mədəniyyət və Turizm Nazirliyinin göndərişi ilə 2012-2013-cü tədris ilində Moskva Dövlət Xoreoqrafiya Akademiyasında stajartırma kurslarında təhsil alıb. 2013-cü ilin sentyabrından Opera və Balet Teatrının balet truppasında çalışır.

Son illərdə müxtəlif beynəlxalq müsabiqələrin qalibi olan Çinarə Əlizadə, Timur Əsgərov, Ülvi Əzizov kimi azərbaycanlı balet ustaları hazırda Avropanın, hətta Amerikanın bir sıra ölkələrində uğurla çıxış edirlər.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm